Kanada Azərbaycan Məktəbi 2026-cı il məzunlarını böyük qürur və sevinc hissi ilə təntənəli mərasimdə yola salıb
Onlar Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Kanada, İtaliya və Çexiyanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunublar.(®) Bu il Kanada Azərbaycan Məktəbinin məzunları Ontario Secondary School Diploma (OSSD) proqramını 95 faizdən yuxarı akademik göstərici ilə uğurla başa vuraraq beynəlxalq səviyyədə mühüm nailiyyətlər əldə ediblər. Onlar Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Kanada, İtaliya və Çexiyanın nüfuzlu ali təhsil müəssisələrinə Foundation proqramı keçmədən birbaşa bakalavr pilləsinə qəbul olunublar. Məzunlar maliyyə, beynəlxalq münasibətlər, biotibb elmləri, informasiya texnologiyaları, kompüter elmləri və süni intellekt, tibb, iqtisadiyyat və biznes, eləcə də stomatologiya kimi müasir və perspektivli ixtisaslar üzrə təhsillərini davam etdirəcəklər. Qəbul olduqları ölkələrdə 3 illik bakalavr təhsili qazanıblar.
2026-cı il məzunları aşağıdakı universitetlərə bir başa qəbul olunublar:
• The University of Edinburgh – Dentistry
• Queen Mary University of London – Finance
• University of Southampton – International Relations
• University of Birmingham – Biomedical Science
• University of Birmingham – Information Technology
• The University of Edinburgh – Computer Science and Artificial Intelligence
• Charles University – Faculty of Medicine
• University of Cassino and Southern Lazio – Economics and Business
Nəzərinizə çatdıraq ki OSSD diplomu ,İB,A-Level və İB dərcəsinə eyni malik olan diplomdur.
Məktəbdən bildirilib ki, əldə olunan nəticələr təhsil müəssisəsində tətbiq olunan beynəlxalq təhsil proqramının, yüksək ixtisaslı müəllim heyətinin peşəkarlığının, valideynlərin etimadının və şagirdlərin məqsədyönlü fəaliyyətinin göstəricisidir.
Qeyd edək ki, Kanada Azərbaycan Məktəbində şagirdlərə yalnız akademik biliklər deyil, eyni zamanda tənqidi düşünmə, analitik yanaşma, liderlik, elmi araşdırma və qlobal dünyagörüşü kimi XXI əsrin vacib bacarıqları da aşılanır. Məktəbin əsas məqsədi hər bir şagirdi dünyanın aparıcı universitetlərinə hazırlamaq və onların beynəlxalq səviyyədə uğurlu karyera qurmasına dəstək verməkdir.
Məzuniyyət mərasimində Kanadadakı tərəfdaş məktəbin direktoru David Stephen Oancia da iştirak edərək məzunlara diplomlarını təqdim etdi. Bildirilib ki, təqdim olunan diplomlar beynəlxalq səviyyədə tanınan təhsil sənədi olmaqla yanaşı, məzunların dünyanın aparıcı universitetlərinə və gələcək peşə həyatına inamla addımlamalarına geniş imkan yaradır.
Kanada Azərbaycan Məktəbində hesab edirlər ki, bugünkü məzunlar gələcəkdə müxtəlif ölkələrdə həkim, mühəndis, proqramçı, iqtisadçı, alim və lider kimi fəaliyyət göstərərək Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edəcəklər.
Sonda məktəb rəhbərliyi bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək hər birinə yeni uğurlar, möhkəm iradə və parlaq gələcək arzulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 22 saat sonra
-
-
3 d. əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
24 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
49 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
2 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
2 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır
























