Pirallahı Sənaye Parkında 76,3 milyon manatlıq istehsal
Pirallahı Sənaye Parkı qeyri-neft sənayesinin inkişafı, əczaçılıq sahəsinin genişləndirilməsi və əhalinin dərman vasitələrinə tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində fəaliyyətini davam etdirir.
İqtisadi Zonaların İnkişafı Agentliyindən Marja-ya verilən məlumata görə, hazırda sənaye parkında 6 rezident fəaliyyət göstərir. Park üzrə ümumi investisiya portfeli 175,64 milyon manat təşkil edir. Bunun 98,23 milyon manatı artıq layihələrin icrasına yönəldilib.
Parkda həyata keçirilən layihələr çərçivəsində müəssisələrdə 201 nəfər daimi işlə təmin olunub. Layihələrin tam icrası nəticəsində isə ümumilikdə 515 daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Rezidentlər tərəfindən bu günədək ümumi dəyəri 76,3 milyon manatlıq məhsul istehsal edilib.
Pirallahı Sənaye Parkı investorlar üçün yaradılan əlverişli biznes mühiti hesabına ölkədə müasir əczaçılıq sənayesinin inkişafına və yerli istehsalın genişlənməsinə mühüm töhfə verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
26 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
35 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama


























