"Hürriyet": Türkiyə Rusiyadan aldığı S-400-ləri Körfəz ölkələrindən birinə satıb
Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini Körfəz ölkələrindən birinə satıb.
"Hürriyet"in yazdığına görə, sövdələşmə bu gün yekunlaşdırılmalı və rəsmi şəkildə elan olunmalıdır.
Mənbələrin bildirdiyinə əsasən, S-400 sistemləri ya Birləşmiş Ərəb Əmirliklərinə, ya da Qətərə göndəriləcək.
Məqalədə qeyd olunur ki, ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi CAATSA sanksiyalarının ləğvi ilə bağlı Donald Trampın son açıqlamaları S-400-lərin taleyi məsələsini yenidən gündəmə gətirib. Xatırladılır ki, həmin sanksiyalar Ankara Rusiyadan S-400 sistemlərini aldıqdan sonra tətbiq edilmişdi.
"Hürriyet"in məlumatına görə, uzun müddətdir S-400 sistemlərinin istifadəyə verilib-verilmədiyi və ya anbarlarda saxlanıldığı barədə dəqiq məlumat olmayıb. Nəşr iddia edir ki, əldə etdiyi məlumata əsasən, komplekslər üçüncü ölkəyə satılıb və son texniki detallar artıq razılaşdırılıb.
Qəzet yazır ki, İran-İsrail qarşıdurmasından sonra Körfəz ölkələri hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün alternativ sistemlər axtarmağa başlayıblar. Nəşrin qiymətləndirməsinə görə, Türkiyə S-400-ləri satmaqla həm CAATSA sanksiyalarından qurtula, həm də bu satışdan gəlir əldə edə bilər.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 34 d. əvvəl
- 54 d. əvvəl
-
55 d. əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
-
2 saat əvvəl
İnvestorlar niyə Azərbaycanı seçir? Ölkəmizin yeni iqtisadi üstünlükləri
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Rəsmi məzənnələr açıqlandı
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Ən çox oxunanlar
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama
Prezident: Azərbaycanda yeni neft-qaz bumu mümkündür
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir






















