“Qardaşımla birgə 16 milyon vermişik” - Məhkəmədə Tale Heydərovun ifadəsi oxunub
12 milyon manatlıq dələduzluqda ittiham olunan “Azfinance İnvestisiya Şirkəti” QSC-nin direktoru İntiqam Səfərəliyevin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda zərərçəkmiş iş adamı Tale Heydərovun ifadəsi elan edilib.
Heydərov məhkəmələrdə iştirak etməyib, nümayəndəsi onun hazırda ölkə xaricində olduğunu bildirib. Hakim işin uzadılmaması üçün zərərçəkmişin prokurorluqda verdiyi ifadəsini elan edib.
Tale Heydərov müstəntiqə deyib ki, təqsirləndirilən şəxsi qardaşı Nicat Heydərov vasitəsilə tanıyıb. Onların arasındakı hazırkı çəkişmə isə “AzeriSteel Company” ASC nin səhmlərinin alınması ilə bağlı olub. Heydərovun sözlərinə görə, qardaşı ilə birgə İntiqam Səfərəliyev və Abid Mamedovun hesabına (hazırda axtarışdadır - red.) 16 milyon manat pul köçürüblər. Amma səhmlərin alınması baş tutmayıb. Belə ki, qarşı tərəf pulları mənimsəyib. O, şikayətçi olduğunu, pulunun ödənilməsini tələb etdiyini bildirib.
Vaxt məhdudiyyətindən zərərçəkmişin ifadəsi ilə bağlı sorğu-sual növbəti iclasa saxlanılıb.

Fotoda İntiqam Səfərəliyev
Qeyd edək ki, bu iş üzrə “Azfinance İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasının sədri Abid Mamedov da cinayət məsuliyyətinə cəlb edilib. Lakin o, ölkədən qaçıb gizləndiyi üçün barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, axtarışa verilib.
İntiqam Səfərəliyev əvvəl həbsdə idi, məhkəmə başlayandan sonra ev dustaqlığına buraxılıb.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 29 d. əvvəl
- 49 d. əvvəl
-
50 d. əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
56 d. əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
-
2 saat əvvəl
İnvestorlar niyə Azərbaycanı seçir? Ölkəmizin yeni iqtisadi üstünlükləri
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Rəsmi məzənnələr açıqlandı
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Ən çox oxunanlar
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama
Prezident: Azərbaycanda yeni neft-qaz bumu mümkündür
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
























