Təsisçilər 4 milyon 410 min manatlıq paylarını götürərək şirkətdən çıxırlar
“AGRO NORM”un nizamnamə kapitalı 4 milyon 410 min manat azaldılır“AGRO NORM” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 6 milyon manatdan 1 milyon 590 min manata endirilir.
Marja.az şirkətin yaydığı elana istinadən xəbər verir ki, kapitalın azaldılması iki təsisçinin cəmiyyətdən çıxması ilə əlaqədardır.
Məlumata görə, Nəbiyev Yaşar Nəriman oğlu ona məxss 3 milyon 210 min manat dəyərində payı, Əliyev Qalib Əli oğlu isə 1 milyon 200 min manat dəyərində payı götürərək şirkətin təsisçiliyindən çıxır.
Beləliklə, təsisçilərin götürdükləri payların ümumi dəyəri 4 milyon 410 min manat təşkil edir. Bunun nəticəsində “AGRO NORM” MMC-nin nizamnamə kapitalı 4 milyon 410 min manat və ya 73,5 faiz azalaraq 1 milyon 590 min manata düşür.
Şirkətin nizamnamə kapitalının əvvəlki məbləğinin 26,5 faizi saxlanılır.
Nizamnamə kapitalının 73,5 faiz azalması şirkətin mülkiyyət və kapital strukturunda əhəmiyyətli dəyişiklik hesab olunur. Bununla belə, elanda şirkətdə qalan təsisçilərin kimliyi, pay bölgüsünün necə dəyişəcəyi və kapital azalmasının əməliyyat fəaliyyətinə mümkün təsiri barədə əlavə məlumat açıqlanmayıb.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
3 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
27 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
36 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama





























