“Kristal” rəhbərindən radikal təklif: Yeni hündürmərtəbəli binalara qaz verilməsin
"Mən daha da irəli gedərək yeni hündür mərtəbəli binalara qaz verilməsindən tamamilə imtina edilməsini təklif edərdim. Bu məsələdə mövqeyimiz tənzimləyici qurumlar tərəfindən də anlayışla qarşılanır"."2016-cı ilə qədər bütün komplekslərimizdə mərkəzləşdirilmiş istilik sistemləri layihələndirilirdi. Lakin Tarif Şurası tərəfindən kollektiv qazanxanalar üçün diferensiallaşdırılmış qaz tariflərinin tətbiqindən sonra bu sistemlərin istismarı sakinlər üçün iqtisadi baxımdan sərfəli olmadı və sektor kütləvi şəkildə kombi sistemlərinə keçdi".
Marja xəbər verir ki, bunu “Kristal” tikinti şirkətinin Müşahidə Şurasının sədri, tanınmış azərbaycanlı sahibkar Mahayət Nəbiyev bildirib.
İş adamı, "Mən müxtəlif səviyyələrdə dəfələrlə vurğulamışam ki, əgər fərdi istehlakçılara diferensiallaşdırılmış tarif tətbiq edilirsə, eyni güzəştli şərtlər 100 və ya 200 mənzilə xidmət göstərən mərkəzi qazanxanalara da şamil edilməlidir" deyərək sözlərinə belə davam edib:
"Mərkəzləşdirilmiş istilik sistemi enerji səmərəliliyi və ekologiya baxımından dəfələrlə daha effektivdir. Avropanın inkişaf etmiş ölkələrində çoxmərtəbəli binalarda fərdi qaz qazanlarından çoxdan imtina edilib.
Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi hündürmərtəbəli binalarda mərkəzləşdirilmiş istilik sistemlərinin layihələndirilməsinin tikinti normaları səviyyəsində məcburi tələb kimi müəyyənləşdirilməsinə yaxındır.
Mahayət Nəbiyev təəssüflə bildirirb ki, artıq tikilmiş və geniş şəkildə kombi sistemlərinin quraşdırıldığı yaşayış binaları yenidən mərkəzləşdirilmiş istilik sisteminə qaytarmaq texniki baxımdan olduqca çətindir, demək olar ki, mümkün deyil. Çünki insanlar artıq mənzillərində böyük vəsait hesabına təmir işləri aparıblar.
"Mən daha da irəli gedərək yeni hündür mərtəbəli binalara qaz verilməsindən tamamilə imtina edilməsini təklif edərdim. Bu məsələdə mövqeyimiz tənzimləyici qurumlar tərəfindən də anlayışla qarşılanır.
Çoxmərtəbəli yaşayış binalarının qazlaşdırılması hər zaman yüksək risk amilidir. Bir sakin bütün təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl edə bilər, lakin qonşusunun səhlənkarlığı dəfələrlə baş verdiyi kimi faciələrə və partlayışlara səbəb ola bilər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
25 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
34 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama






























