“Kristal”ın rəhbəri açıqladı: Bakıda mənzil qiymətləri niyə düşməyəcək?
"Maya dəyəri artır və tikinti şirkətləri qiymətləri yüksəltmək məcburiyyətində qalırlar"."Əvvəllər, tikinti bumunun yaşandığı dövrdə, şirkətlər böyük sahəli mənzillər tikməyə üstünlük verirdilər. Üç otaqlı mənzilin sahəsi 140 kvadratmetr ola bilirdi və bu sahənin böyük hissəsi funksional olmayan dəhlizlərə, hollara və eyvanlara sərf edilirdi. Bu gün belə böyük sahəli mənzillərə tələbat yoxdur. İnsanlar artıq xərclərini, o cümlədən gələcəkdə istilik və soyutma üçün ödəyəcəkləri məbləğləri daha diqqətlə hesablayırlar".
Marja xəbər verir ki, bunu “Kristal” tikinti şirkətinin Müşahidə Şurasının sədri, tanınmış azərbaycanlı sahibkar Mahayət Nəbiyev bildirib.
Sahibkar qeyd edib ki, "hazırda biz optimal yaşayış sahələri layihələndiririk. Müasir layihələrimizdəki 80 kvadratmetrlik üç otaqlı mənzil faydalı sahəsinə görə köhnə layihələrdəki 105–140 kvadratmetrlik mənzillərdən daha səmərəlidir" və əlavə edib:.
"Yeni tikilidə bir kvadratmetrin qiyməti daha yüksək görünə bilər. Lakin mənzilin yekun dəyəri alıcı üçün daha münasib olur. Köhnə yaşayış fonduna aid böyük və funksional olmayan sahələr sadəcə olaraq aktuallığını itirib".
Mahayət Nəbiyev vurğulayıb k əvvəllər torpaq sahəsinin qiyməti bir kvadratmetrin maya dəyərində cüzi paya malik idi. Buna görə də mənzil qiymətləri daha aşağı olurdu:
"Hazırda Bakıda tikinti sıxlığı əmsalı 2,8 olaraq müəyyənləşdirilib. Bu o deməkdir ki, bir hektar torpaq sahəsində maksimum 28 min kvadratmetr ümumi sahə tikmək mümkündür. Bunun isə təxminən 20 min kvadratmetri satış sahəsi təşkil edir.
Beləliklə, torpağın yüksək qiyməti əvvəlki dövrlə müqayisədə daha az sayda mənzil arasında bölüşdürülür.
Buna infrastruktur tələblərinin mürəkkəbləşməsini də əlavə etmək lazımdır. Böyük yeraltı parkinqlərin tikintisi, geniş həyət ərazilərinin abadlaşdırılması və digər tələblər investordan çox böyük ilkin kapital qoyuluşu tələb edir.
Maya dəyəri artır və tikinti şirkətləri qiymətləri yüksəltmək məcburiyyətində qalırlar.
Eyni zamanda, müşahidələrimiz göstərir ki, əhalinin mənzil almağa marağı hətta əvvəlki dövrlərlə müqayisədə daha yüksəkdir. Lakin mənzillərin bahalaşması və bank kreditləri üzrə yüksək faiz dərəcələri səbəbindən əhalinin real alıcılıq qabiliyyəti aşağı düşüb. Tələb var, lakin müştərilərin maliyyə imkanları məhduddur".
"Qiymətləri aşağı salmağı planlaşdırmırıq"
“Kristal” tikinti şirkətinin Müşahidə Şurasının sədri bildirirb ki, şirkətin layihəsi olan “Park Yasamal”da tam və keyfiyyətli təmirli mənzillərin bir kvadratmetrinin qiyməti 2200–2400 manat arasında dəyişir:
"Beləliklə, tam hazır üç otaqlı mənzilin qiyməti təxminən 150 min manat təşkil edir. Faydalı sahəni nəzərə alsaq, bu, Bakı üçün olduqca əlçatan və rəqabət qabiliyyətli təklifdir.
“City Garden” layihəsində qiymətlər nisbətən yüksəkdir — bir kvadratmetr üçün təxminən 3000–3200 manat. Lakin burada layihənin seqmenti də fərqlidir. Bununla belə, mənzillər yenə də tam təmirli şəkildə təhvil verilir.
Qiymətləri aşağı salmağı planlaşdırmırıq. Çünki tikintinin obyektiv maya dəyəri var. Mənzilləri maya dəyərindən aşağı qiymətə satmaq mümkün deyil. Bu, layihələrin dayanmasına səbəb ola bilər."
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
4 d. əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 5 d. əvvəl
-
26 d. əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
38 d. əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
48 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
2 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Ən çox oxunanlar
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib





























