"Mənzillərin tikinti şirkəti tərəfindən daxili müqavilələr əsasında birbaşa satılması köhnəlmiş və riskli təcrübədir"
Azərbaycanda ilkin mənzil bazarından ev alan şəxslər hələ də yüksək risklərlə qarşılaşırlar. Alıcı tikinti mərhələsində mənzilin dəyərini tam ödəyə bilər, lakin binanın dövlət qəbulundan keçməsini və çıxarışın (“kupça”) verilməsini illərlə gözləməli olur. Beynəlxalq təcrübədə, məsələn, Türkiyə və ya Dubayda mülkiyyət hüququ və ya onun yüklülüyü əqdin bağlandığı anda dövlət reyestrində qeydiyyata alınır. Nə üçün Azərbaycanda bu mexanizm hələ də tətbiq edilmir?
“Kristal” tikinti şirkətinin Müşahidə Şurasının sədri, tanınmış azərbaycanlı sahibkar Mahayət Nəbiyev bildirib ki, tikilməkdə olan mənzillərin tikinti şirkəti tərəfindən daxili müqavilələr əsasında birbaşa satılması köhnəlmiş və riskli təcrübədir. Hələ 2018-ci ildə dövlət başçısı tərəfindən fərman imzalanmışdı. Həmin fərmana əsasən, iyulun 1-dən etibarən “ilkin çıxarış” anlayışı “təminat qeydiyyatı” anlayışı ilə əvəz edilməli idi:
"Bu mexanizm tikilməkdə olan hər bir mənzilin binanın təməli qoyulduğu andan ilkin dövlət reyestrində qeydiyyata alınmasını və bütün alqı-satqı əməliyyatlarının yalnız notariat qaydasında həyata keçirilməsini nəzərdə tutur.
Nazirlər Kabineti hələ 2018-ci ilin sonuna qədər bununla bağlı müvafiq iş qaydalarını hazırlamışdı. Lakin praktikada bu sistem indiyədək tam şəkildə işə salınmayıb.
Təminat qeydiyyatı ilə bağlı şəffaf mexanizmin olmaması bazarda “boz zonalar” yaradır. Bu, vergidən yayınma imkanlarına, dələduzluq risklərinə və vicdansız tikinti şirkətlərinin eyni mənzili bir neçə alıcıya satması ilə nəticələnən məşhur “təkrar satış” hallarına şərait yaradır.
Əgər bu mexanizm işləsəydi, vətəndaşların üzləşdiyi risklər minimuma enər, banklar isə tikintinin ən ilkin mərhələlərindən etibarən ipoteka kreditləşməsini həyata keçirmək imkanı əldə edərdilər".
Yeni iş axtarırsınız? Azvak.az veb-saytına baxa bilərsiniz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























