"Yaxın zamanda Özəkistanla birgə müəssisənin yaradılması üzrə sənədin imzalanması nəzərdə tutulur"
"Beynəlxalq fəaliyyətin genişləndirilməsi QSC-nin qarşıdakı dövr üçün əsas strateji hədəflərindən biridir. Məqsədimiz yalnız ölkə daxilində deyil, xarici ölkələrdə də perspektivli mədən layihələrində iştirak etmək və beynəlxalq tərəfdaşlıqları genişləndirməkdir. Bu istiqamətdə son illərdə müxtəlif ölkələrlə əməkdaşlıq imkanları araşdırılıb, yeni tərəfdaşlıqların qurulması üçün mühüm addımlar atılıb. Xüsusilə mineral resurslarla zəngin Mərkəzi Asiya və Afrika regionları bizim üçün prioritet təşkil edir".
Marja xəbər verir ki, bunu AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirirb.
Dövlət şirkətinin sədri qeyd edib ki, ötən ay "AzerGold" QSC ilə Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiya Nazirliyi arasında Özbəkistan ərazisində qızıl yatağının birgə işlənilməsinə dair çərçivə sazişinin imzalanması xüsusi əhəmiyyət daşıyır:
"Hesab edirik ki, bu sənəd şirkətimizin beynəlxalq fəaliyyətinin genişləndirilməsi istiqamətində atılmış ilk mühüm addımdır. Bizim ilk beynəlxalq layihəmizin qardaş Özbəkistanla həyata keçirilməsi isə xüsusilə sevindirici haldır. Hazırda əsas diqqətimiz geoloji məlumatların qiymətləndirilməsinə və layihələrin perspektivinin müəyyənləşdirilməsinə yönəlib. Yaxın zamanda "AzerGold" QSC, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti və "Uzbekgeologorazvedka" ASC arasında Özbəkistanda perspektivli yer təki sahələrinin geoloji öyrənilməsi və qiymətləndirilməsi üzrə üçtərəfli birgə müəssisənin yaradılmasının əsas şərtlərini müəyyən edən sənədin imzalanması da nəzərdə tutulur. İnanırıq ki, bu əməkdaşlıq gələcəkdə xarici ölkələrdə uğurlu layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradacaq".
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 23 saat sonra
-
-
20 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
45 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
1 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
2 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır

























