Azərbaycan və Slovakiya qurumları Anlaşma Memorandumu imzalayıb
Sənəd iki ölkə arasında keyfiyyət infrastrukturu sahəsində əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verəcəkdir.Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Slovakiya Respublikasının Standartlaşdırma, Metrologiya və Sınaq İdarəsi arasında standartlaşdırma, qanunverici və elmi metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi və uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaydığı məlumatda bildirilir ki, Memorandumun məqsədi tərəflər arasında keyfiyyət infrastrukturu sahəsində institusional əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, eləcə də gələcək birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsidir.
Sənədi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov və Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımov imzalayıblar.
Memoranduma əsasən, tərəflər arasında texniki tənzimləmə, standartlaşdırma və metrologiya sahələrində informasiya mübadiləsinin aparılması, həmçinin mütəxəssislərin peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə birgə seminar, konfrans, elmi-texniki layihə və təlimlərin təşkili nəzərdə tutulur.
Sənəd həmçinin metrologiya sahəsində kalibrləmə və ölçmə imkanlarının inkişafı məqsədilə akkreditasiya olunmuş və akkreditasiya prosesində olan laboratoriyaların sınaq səriştəlilik proqramlarında və beynəlxalq laboratoriyalararası müqayisələrdə iştirakının təşviqini, akkreditə olunmuş uyğunluğun qiymətləndirilməsi qurumlarının sınaq nəticələrinin qarşılıqlı tanınmasının asanlaşdırılmasını, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsini ehtiva edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
21 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
30 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

























