Milli Depozit Mərkəzinin İdarə Heyətinə üzv təyin edilib
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının 14.07.2026-cı il tarixli qərarı ilə Nağı Nağıyev Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.
Bu barədə Marja.az-a MDM-dən bildirilib.
Qeyd edilib ki, 1995-ci ildə Bakı şəhərində anadan olan Nağı Nağıyev ali təhsilini Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında alıb. O, 2013–2016-cı illərdə City University London universitetində “İnvestisiya və maliyyə risklərinin idarə edilməsi” proqramı üzrə təhsil alaraq maliyyə ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnib. Təhsilini həmin universitetdə davam etdirən Nağı Nağıyev 2017-ci ilin sentyabrında “Layihələrin idarə edilməsi, maliyyə və risk” ixtisası üzrə magistr dərəcəsi əldə edib.
O, 2018–2023-cü illərdə University College London universitetində doktorantura təhsili alaraq fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.
Nağı Nağıyev 2020-ci ildə Birləşmiş Krallığın London şəhərində yerləşən Avropa Yenidənqurma və İnkişaf Bankında maliyyə təhlilçisi kimi təcrübə keçib. Həmin il əmək fəaliyyətinə “SOCAR Trading” şirkətində bazar riskləri üzrə təhlilçi kimi başlayıb. O, 2022–2023-cü illərdə London Metal Birjasında çalışaraq beynəlxalq maliyyə və əmtəə bazarları üzrə peşəkar təcrübəsini genişləndirib.
Nağı Nağıyev əmək fəaliyyətini 2023-cü ilin avqustundan etibarən Azərbaycan Respublikasının Mərkəzi Bankında davam etdirib. O, 2023-cü ilin avqustundan 2024-cü ilin iyun ayınadək Mərkəzi Bankın Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentində aparıcı mütəxəssis vəzifəsində çalışıb. 2024-cü ilin iyunundan 2026-cı ilin iyul ayınadək isə həmin departamentin Nəzarətin metodologiyası şöbəsinin rəisi vəzifəsini icra edib.
Ailəlidir, üç övladı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 18 d. əvvəl
-
22 d. əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
39 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
2 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm


























