Bu ilin birinci yarısında “yaşıl enerji” istehsalı 2,8 milyard kVt·st olub
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2026-cı ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 13 388,6 mln. kVt·st olub.
Bu dövrdə İES-lərdə 10 594,9 mln. kVt·st, SES-lərdə 1 891,7 mln. kVt·st, digər mənbələr üzrə isə 902 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 475,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 282,7 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 143,6 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
6 ay ərzində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi istehsalı su elektrik stansiyalarında 31,2 mln. kVt·st, külək elektrik stansiyalarında 454,7 mln. kVt·st artıb. Ümumilikdə SES-lər də daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 463,1 mln. kVt·st artımla 2 793,7 mln. kVt·st təşkil edib.
Yanvar-iyun ayları üzrə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 11 479,5 mln. kVt·st (İES-lərdə 9 568,9 mln. kVt·st, SES-lərdə 1 883,2 mln. kVt·st, GES-lərdə 27,4 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 14 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1 895,1 mln. kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 241,2 mln. kVt·st, idxalı isə 113,1 mln. kVt·st olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















