Bu ilin 6 ayında Azərbaycanda 13,3 milyon ton neft, 25,4 milyard kubmetr təbii qaz hasil edilib
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2026-cı ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, respublikada 13,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 7,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,7 milyon tonu “Şahdəniz”in, 0,3 milyon tonu “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,4 milyon ton təşkil edib.
Bu dövrdə 10,5 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 9,5 milyon tonu konsorsiumun, 0,7 milyon tonu SOCAR-ın, 0,3 milyon tonu isə JOCAP-ın payına düşüb.
Qeyd edilib ki, bu ilin 6 ayı ərzində xam neft hasilatı orta hesabla gündəlik 61 min ton (449 min barrel), kondensat hasilatı 12 min ton (103 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 73 min ton (552 min barrel) olub.
Hesabat dövründə neftin emalı 2,9 milyon ton təşkil edib.
2026-cı ilin yanvar-iyun aylarında ölkədə 25,4 milyard kubmetr təbii qaz hasil edilib. Hasil edilmiş qazın 7,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 13,7 milyard kubmetri “Şahdəniz”in, 0,8 milyard kubmetri “Abşeron” yatağının, 3,6 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Bu dövrdə xaricə qaz ixracı 12,7 milyard kubmetr təşkil edib. Bunun 5,9 milyard kubmetri Avropanın, 4,9 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 3 milyard kubmetr), 1,2 milyard kubmetri Gürcüstanın, 0,7 milyard kubmetri isə Suriyayanın payına düşüb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 1 iyul tarixinədək 679,8 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 529,6 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 625,6 milyon ton neft, 251,1 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 54,2 milyon tona yaxın kondensat, 278,5 milyard kubmetr qaz hasil edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
27 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
36 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama



























