6 ayda 33 minə yaxın ilkin çıxarış verilib
Bu ilin yanvar-iyun ayları ərzində 174 minə yaxın mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıbİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-iyun ayları ərzində daşınmaz əmlak üzərində 173.738 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Qeydiyyata alınan mülkiyyət hüququnun 32.940-ı (19%) ilkin, 140.798-i (81%) isə təkrar qeydiyyatın payına düşür.
Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası
2026-cı ilin ilk altı ayı ərzində fərdi yaşayış və bağ evi üzərində – 37.345, mənzil – 44.139, torpaq sahəsi – 85.454, qeyri-yaşayış binası – 1.592, qeyri-yaşayış sahəsi – 4.840, əmlak kompleksi – 314 və çoxmərtəbəli yaşayış binaları üzərində – 54 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 50.124-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Texniki pasport və ipoteka müqavilələrinin sayı
2026-cı ilin yanvar-iyun ayları ərzində daşınmaz əmlak obyektləri üzrə 122.017 texniki pasport tərtib edilib, 30.545 ipoteka müqaviləsi qeydiyyata alınıb.
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə, əmlak əməliyyatlarının hüquqi etibarlılığının təmin olunmasına və daşınmaz əmlak bazarında şəffaflığın artırılmasına xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















