Üçtərəfli birgə müəssisə yaradılır - Şərtlər Toplusu imzalanıb
Həmçinin “AzerGold” QSC, Özbəkistanın “Uzbekgeologorazvedka” SC şirkəti və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin iştirakı ilə geoloji kəşfiyyat sahəsində üçtərəfli birgə müəssisənin yaradılmasına dair Şərtlər Toplusu imzalanıb.
Marja xəbər verir ki, birgə təşəbbüs Özbəkistan ərazisində perspektivli sahələrdə geoloji kəşfiyyat işlərinin aparılması və iqtisadi cəhətdən səmərəli investisiya layihələrinin hazırlanması istiqamətində tərəfdaşlığı nəzərdə tutur.
Layihənin dağ-mədən sahəsində Azərbaycan-Özbəkistan sənaye və investisiya əməkdaşlığının genişləndirilməsinə töhfə verəcəyi qeyd olunub.
Qeyd edək ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib. Səfər çərçivəsində Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovun iştirakı ilə keçirilən iclasda ikitərəfli iqtisadi münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin birgə təşəbbüslərin maliyyələşdirilməsində rolu, sənaye kooperasiyasının inkişafı, geoloji kəşfiyyat və energetika sahələrində əməkdaşlıq qeyd olunub.
Bildirilib ki, Azərbaycan və Özbəkistan arasında iqtisadi-ticarət və investisiya əlaqələri dinamik inkişaf edir. Qarşılıqlı ticarətin və ixrac imkanlarının genişləndirilməsi, strateji investisiya layihələrinin icrası istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb. Sənaye, energetika, tikinti, infrastruktur, kənd təsərrüfatı, avtomobil istehsalı, turizm və şəhərsalma, dağ-mədən və metallurgiya, nəqliyyat-logistika və xidmət sahələrində birgə layihələrin həyata keçirilməsi, işbirliyinin möhkəmləndirilməsi imkanları diqqətə çatdırılıb.
İclasın yekununda Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasının Protokolu imzalanıb. Sənəddə iki ölkə arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi və əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlər əksini tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
4 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
28 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
37 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama



























