Dünya Kubokunun qalibi 50 milyon dollar qazanacaq
Dünya Kuboku dünyanın ən böyük idman yarışıdır. Bu dəfə turnir eyni zamanda ABŞ Daxili Gəlirlər Xidməti (IRS) üçün böyük vergi hadisəsinə çevrilib.
Marja xəbər verir ki, final matçı İspaniya və Argentina arasında keçiriləcək.
48 ölkənin iştirak etdiyi turnirdə böyük məbləğdə pul mükafatları uğrunda mübarizə aparılır.
Mütəxəssislərin sözlərinə görə, ümumi qayda olaraq, ABŞ ərazisində qazanılan bütün gəlirlər IRS tərəfindən vergiyə cəlb olunur.
FIFA-nın birinci yer üçün nəzərdə tutduğu 50 milyon dollarlıq mükafatı İspaniya və ya Argentina yığması alacaq. Bu məbləğ - cəmi 655 milyon dollarlıq mükafat fondunun yalnız kiçik hissəsidir. 655 milyon dollarlıq mükafat fondu milli komandalar arasında turnirdəki nəticələrinə uyğun bölüşdürüləcək.
“Matçı kimin qazanmasının fərqi yoxdur. IRS öz payını alacaq”, – mühasibat və vergi məsləhətləri şirkəti “PKF O’Connor Davies”in idman və əyləncə qrupunun direktoru Robert Raiola bildirib.
Onun sözlərinə görə, bu, oyunçularla yanaşı, məşqçilərə, komanda heyətinə və hakimlərə də aiddir.
Raiola bildirib ki, Dünya Kubokunda iştirak edən və turnirin xatirələri ilə evlərinə qayıdan bütün komandalar müəyyən məbləğdə vergi öhdəliyi ilə də üzləşəcəklər.
İdman növündən asılı olmayaraq, peşəkar idmançıların vergi məsələləri həmişə mürəkkəb olur. Onlar dünyanın müxtəlif ölkələrində və fərqli vergi qanunlarının qüvvədə olduğu ərazilərdə yarışırlar.
Dünya Kuboku bu məsələlərə çoxsaylı əlavə vergi çətinlikləri gətirir. Məsələn, ABŞ-nin ayrı-ayrı ölkələrlə imzaladığı vergi sazişlərində idmançılara ödənilən vəsaitlərə dair xüsusi istisnalar nəzərdə tutula bilər.
KPMG-nin Vaşinqton Milli Vergi təcrübəsinin baş meneceri Rob Faqanın qiymətləndirməsinə görə, vergi mürəkkəbliyi baxımından Dünya Kuboku 10 ballıq şkalada 8 bala layiqdir. O qeyd edib ki, şirkət Dünya Kubokunun vergi nəticələri ilə bağlı bəzi milli futbol federasiyalarına məsləhət verib.
Faqanın sözlərinə görə, yüksək səviyyəli oyunçuların vergi labirintindən çıxmasına kömək edəcək müxtəlif maliyyə mütəxəssisləri olur. Lakin turnirdə və qlobal diqqət mərkəzində ilk dəfə yer alan futbolçular vəziyyət qarşısında “bir qədər təəccüblənə bilərlər”.
Qeyd edək ki, FIFA mükafat pulunu Dünya Kubokunda iştirak edən oyunçulara birbaşa ödəmir. Vəsait milli futbol federasiyalarına köçürülür. Hər bir federasiyanın mükafat fondunun oyunçular, məşqçilər, yardımçı heyət və digər şəxslər arasında bölüşdürülməsi ilə bağlı öz qayda və prosedurları var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























