Milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi 10 il 6 ay azadlıqdan məhrum edildi
9 milyon 369 min manatlıq mənimsəAzərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadə barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib və hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qüvvədə saxlanılıb.
Təqsirləndirilən Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Rəşad Məlikzadə 9 milyon 369 min 411,09 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Bu məbləğdən 848 min manatını dövlət büdcəsinə ödəyib. Eyni zamanda məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edilib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 29 d. əvvəl
- 49 d. əvvəl
-
50 d. əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
56 d. əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
-
2 saat əvvəl
İnvestorlar niyə Azərbaycanı seçir? Ölkəmizin yeni iqtisadi üstünlükləri
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Rəsmi məzənnələr açıqlandı
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Ən çox oxunanlar
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama
Prezident: Azərbaycanda yeni neft-qaz bumu mümkündür
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir




















