Şuşanın mərkəzində günəş enerjisi ilə işləyən "Kitab dayanacağı" istifadəyə verildi
(®) Azercell mədəniyyət paytaxtında ilk açıq hava kitabxanasını təqdim etdi
“Azercell Telekom” MMC Şuşanın tarixi və ədəbi mühitinin təbliği, eləcə də şəhər sakinləri və qonaqları üçün mütaliə imkanlarının genişləndirilməsi məqsədilə Şuşanın mərkəzində “Kitab dayanacağı”nı istifadəyə verib.
Açıq hava kitabxanası konsepsiyasında yaradılan layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və "Aztelekom" MMC ilə tərəfdaşlıq çərçivəsində ərsəyə gəlib. Təşəbbüs Azercell-in ESG strategiyasına uyğun olaraq günəş enerjisi ilə işləyir və ekoloji cəhətdən dayanıqlı həll kimi layihələndirilib.
"Kitab dayanacağı" günün 24 saatı fəaliyyət göstərəcək. Şuşa sakinləri və şəhərin qonaqları burada təqdim olunan kitablardan sərbəst şəkildə istifadə edə biləcəklər. Rəqəmsal əlçatanlığın təmin edilməsi məqsədilə köşk ödənişsiz Wi-Fi xidməti ilə də təchiz olunub. Bununla yanaşı, ziyarətçilər xüsusi enerji doldurma məntəqələrində rahatlıqla mobil cihazlarının enerji ehtiyatını bərpa edə biləcəklər.
Vaqif poeziya günləri çərçivəsində baş tutan açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, “Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova iştirak ediblər. "Kitab dayanacağı"nın ilk qonağı xalq şairi Vahid Əziz olub.
Tədbirdə çıxış edən Sona Abbasova bildirib: "Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa əsrlər boyu ölkəmizdə ədəbi-bədii fikrin və mütaliə ənənələrinin formalaşmasında xüsusi rol oynayıb. İnanırıq ki, “Kitab dayanacağı” hər kəs üçün açıq və müasir bir ictimai məkan kimi Şuşanın zəngin mütaliə mədəniyyətinin yaşadılmasına, milli-mədəni irsin qorunaraq gələcək nəsillərə ötürülməsinə öz töhfəsini verəcək. Günəş enerjisi ilə işləyən bu layihə eyni zamanda ətraf mühitə məsuliyyətli yanaşmanı təşviq edərək şəhərin dayanıqlı inkişafına xidmət edəcək”.
Qeyd edək ki, "Kitab dayanacağı" Qarabağ küçəsində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 22 saat sonra
-
-
3 d. əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
24 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
49 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
2 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
2 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır




























