AZPROMO-nun keçmiş şöbə müdiri İcraçı direktor təyin edildi
3 Avropa ölkəsində təhsil alan azərbaycanlı menecerə yeni vəzifə verildi.Daha əvvəl İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) şöbə müdiri, eləcə də müxtəlif özəl qurumlarda rəhbər vəzifələrdə fəaliyyət göstərmiş Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru vəzifəsinə təyin olunub.
Marja xəbər veri ki, Kənan Səlimov biznes idarəçiliyi üzrə beynəlxalq təhsil alıb. O, İtaliyanın Bolonya Universiteti, Finlandiyanın Tampere Universiteti və Norveçin İnland Universitetində təhsil alaraq, innovasiya və biznes inkişafı sahələrində bilik və təcrübəsini zənginləşdirib.
Peşəkar fəaliyyəti müddətində kommunikasiya, marketinq, strateji idarəetmə və biznes inkişafı istiqamətlərində geniş təcrübə qazanan Kənan Səlimov yeni vəzifəsində İdarə Heyətinin üzvü kimi Pozitiv Psixologiya Mərkəzinin institusional inkişafına, xidmət keyfiyyətinin artırılmasına və mərkəzin strateji hədəflərinin həyata keçirilməsinə rəhbərlik edəcək.
Pozitiv insanın psixoloji və emosional rifahının gücləndirilməsi istiqamətində fəaliyyət göstərən, 9 filialdan ibarət müasir psixoloji xidmət şəbəkəsidir. Mərkəzdə fəaliyyət göstərən peşəkar psixoloqlar, psixoterapevtlər, loqopedlər və digər mütəxəssislər elmi əsaslara söykənən fərdi yanaşma ilə bütün yaş qrupları üçün kompleks psixoloji dəstək və inkişaf xidmətləri təqdim edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
2 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
14 d. əvvəl
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
-
30 d. əvvəl
Changan 4 dəfədən çox, BYD təxminən 5 dəfə artıb - Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
37 d. əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 38 d. əvvəl
-
59 d. əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
1 saat əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
1 saat əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Ən çox oxunanlar
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib




























