Məşğul əhalinin 35 faizə yaxını muzdla çalışan işçidir
Azərbaycanda 5 milyon 137,1 min nəfəri məşğul əhalinin 1 milyon 790,6 min nəfəri və ya 34,8%-i muzdla çalışan işçilərdir.2026-cı il iyulun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 417,7 min nəfər olmuş, onlardan 5 milyon 137,1 min nəfərini məşğul əhali, 280,6 min nəfərini (5,2%-ni) işsiz əhali təşkil etmişdir.
Marja.az Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə istinadən xəbər verir ki, cari il iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 790,6 min nəfər, o cümlədən dövlət sektorunda 859,9 min nəfər, qeyri-dövlət sektorunda isə 930,7 min nəfər təşkil etmişdir.
İqtisadiyyatın neft-qaz sektorunda 30,5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 760,1 min nəfər çalışmışdır. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,7 faizi emal sənayesində, 6,6 faizi tikintidə, 2,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,8 faizi mədənçıxarma sənayesində, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur. Xidmət sahəsində işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,1 faizi təhsil, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi peşə, elmi və texniki fəaliyyət, 3,5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 2,8 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faizi informasiya və rabitə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışmışlar.
2026-cı il iyul ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 248,5 min nəfər olmuş, onların 52,3 faizini qadınlar təşkil etmişdir. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 475,8 manat olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 22 saat sonra
-
-
22 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
47 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
1 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
2 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır

























