Almaniya–Azərbaycan Biznes Şurasının fəaliyyət istiqamətləri açıqlanıb
Almaniya–Azərbaycan iqtisadi əlaqələrinin möhkəmləndirilməsində mühüm mərhələ: Almaniya–Azərbaycan Biznes Şurasının yaradılmasına dair Birgə Bəyannamə imzalanıbAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20–21 iyul 2026-cı il tarixlərində Almaniyaya rəsmi səfəri çərçivəsində, 21 iyul 2026-cı ildə Berlində Almaniya–Azərbaycan Biznes Şurasının yaradılması və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanıb. Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, AHK Azərbaycanın icraçı direktoru Nərgiz Vik və Alman İqtisadiyyatının Şərq Komitəsinin icraçı direktoru Mixael Harms imzalayıblar.
Alman-Azərbaycan Xarici Ticarət Palatasιnın yaydığı məlumata görə, yeni Biznes Şurası iki ölkənin dövlət qurumları, biznes assosiasiyaları və şirkətləri arasında daimi institusional dialoq platforması kimi fəaliyyət göstərəcək. Şura biznes mühitinə, bazara girişə, investisiyalara və sektorlar üzrə əməkdaşlığa dair məsələlərin müzakirəsinə, praktiki tövsiyələrin hazırlanmasına və konkret layihələrin irəli aparılmasına imkan yaradacaq.
Platformanın əsas məqsədlərinə aşağıdakılar daxildir:
- birgə təşəbbüslərin və investisiya layihələrinin müəyyənləşdirilməsi;
- potensial biznes tərəfdaşlarının tapılmasına dəstək göstərilməsi;
- bilik və texnologiya transferinin təşviqi;
- xüsusilə kiçik və orta müəssisələrin yeni bazarlara çıxışının dəstəklənməsi;
- biznes görüşlərinin və sektorlar üzrə dialoq formatlarının təşkili;
- tematik işçi qruplarının yaradılması;
- şirkətlərarası əlaqələndirmə və əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi.
Qeyd edilib ki, Almaniya və Azərbaycan arasında əməkdaşlıq üçün enerji və yaşıl texnologiyalar, sənaye və maşınqayırma, nəqliyyat və logistika, rəqəmsallaşma, kənd təsərrüfatı və qida sənayesi, su idarəçiliyi, ağıllı infrastruktur, turizm və peşə təhsili prioritet sahələr sırasındadır. Almaniyanın texnologiya və mühəndislik təcrübəsi Azərbaycanın iqtisadi şaxələndirmə və sənaye modernləşməsi məqsədləri ilə geniş şəkildə uzlaşır.
Hazırda Azərbaycanda Almaniya kapitalı ilə 200-dən çox müəssisə fəaliyyət göstərir. Bu, ikitərəfli iqtisadi əlaqələrin möhkəm bazaya malik olduğunu göstərir və yeni Şuranın qarşılıqlı investisiyaların, birgə istehsalın, lokalizasiyanın və üçüncü bazarlara çıxış imkanlarının genişləndirilməsinə əlavə töhfə verməsi gözlənilir.
Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında, xüsusilə Orta Dəhliz boyunca strateji mövqeyi nəqliyyat, logistika və dayanıqlı təchizat zəncirləri sahəsində yeni əməkdaşlıq imkanları yaradır. Liman və dəmir yolu infrastrukturu, rəqəmsal logistika həlləri və tranzit vaxtının azaldılması Almaniya və Azərbaycan biznesi üçün praktiki əməkdaşlıq istiqamətləridir.
Orta Dəhliz 6 oktyabr 2026-cı ildə Bakıda keçiriləcək Almaniya–Azərbaycan Bağlantı Konfransının da əsas mövzusu olacaq. AHK Azərbaycanın Azərbaycan Hökuməti ilə əməkdaşlıq çərçivəsində təşkil etdiyi konfrans infrastruktur, nəqliyyat, logistika, yaşıl enerji və rəqəmsallaşma üzrə investisiyaların səfərbər edilməsinə həsr olunacaq və Biznes Şurasının yaratdığı institusional impulsu konkret layihə və tərəfdaşlıqlara çevirmək üçün növbəti mühüm platforma rolunu oynayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 23 saat sonra
-
-
6 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
31 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 43 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
1 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
1 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır


























