Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik edir
“Mediacell” istifadəçilərinə 5 GB mobil internet hədiyyə təqdim olunurAzərbaycan milli mətbuatının tarixi 1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə ilk milli mətbu orqan olan “Əkinçi” qəzetinin nəşri ilə başlayır. Ötən 150 ildən artıq dövr ərzində milli mətbuatımız cəmiyyətin maariflənməsində, ictimai dəyərlərin təşviqində və ölkədə baş verən proseslərin işıqlandırılmasında mühüm rol oynayıb.
Bu əlamətdar gün münasibətilə Azercell “Mediacell” tarifinin istifadəçilərinə hədiyyə olaraq 5 GB həcmində mobil internet paketi təqdim edir. Hədiyyə internet paketindən aktivləşdirildiyi tarixdən etibarən 30 gün müddətində istifadə etmək mümkündür.
Ətraflı məlumat üçün: Media Günü
“Azercell Telekom” MMC Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, cəmiyyətin obyektiv və operativ məlumatlandırılması istiqamətində göstərdikləri peşəkar fəaliyyəti yüksək qiymətləndirir.
Şirkət işğaldan azad edilmiş ərazilərdə peşə fəaliyyətini yerinə yetirərkən şəhid olmuş jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun əziz xatirəsini ehtiramla yad edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















