GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Bu gün Hyuston şəhərində GL Group beynəlxalq inkişaf strategiyasının bir hissəsi olaraq Amerika Birləşmiş Ştatlarında fəaliyyətə başladığını elan edib. Şirkət eyni zamanda Bill Pardyunu Şimali Amerika üzrə İcraçı Vitse-Prezident vəzifəsinə təyin edib. O, GL Group-un regiondakı əməliyyatlarına, strateji inkişafına və genişlənməsinə rəhbərlik edəcək. Bu mühüm mərhələ GL Group-un ABŞ enerji bazarına uzunmüddətli sadiqliyini nümayiş etdirir və beynəlxalq səviyyədə tanınan enerji şirkəti kimi mövqeyini daha da möhkəmləndirir.
Cənab Pardyunun neft-qaz kəşfiyyatı və hasilatı sənayesində 30 ildən artıq təcrübəsi var. Onun peşəkar fəaliyyəti lay mühəndisliyi, yataq əməliyyatları, aktivlərin satın alınması, biznesin inkişafı və digər rəhbər vəzifələr üzrə geniş təcrübəni əhatə edir. O, əmək fəaliyyətinə “Meridian Oil/Burlington Resources” şirkətində hasilat və lay mühəndisi kimi başlayıb, daha sonra ailə investisiya ofisinə məxsus özəl neft-qaz şirkətində, “Enduro Resource Partners” və “Encore Acquisition Company” şirkətlərində yüksək rəhbər vəzifələrdə çalışıb. Karyerası boyunca hasilat aktivlərini idarə edib, çoxprofilli komandalara rəhbərlik edib və ABŞ-ın bir sıra aparıcı neft-qaz hövzələrində kəşfiyyat və hasilat imkanlarının qiymətləndirilməsinə və inkişaf etdirilməsinə töhfə verib.
O, Texas Texnologiya Universitetində Neft-Qaz Mühəndisliyi üzrə bakalavr, Texas Xristian Universitetində isə Biznesin İdarə Edilməsi üzrə magistr dərəcəsi alıb. Cənab Pardyu, həmçinin Texas ştatında lisenziyalı peşəkar mühəndisdir (P.E.) və Neft Mühəndisləri Cəmiyyətinin (SPE), Müstəqil Peşəkar Yer Elmləri Mütəxəssisləri Cəmiyyətinin (SIPES), eləcə də Texas Texnologiya Universitetinin Neft-Qaz Mühəndisliyi Akademiyasının fəal üzvüdür.
Cənab Pardyu yeni vəzifəsində birbaşa Qrupun Baş İcraçı Direktoruna hesabat verəcək və “GL Group”-un İcraçı Rəhbərlik Komandasının üzvü olacaq.
“GL Group” haqqında:
“GL Group” Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparır. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir. “GL Group” 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Türkiyənin Trakya hövzəsində yüksək perspektivli qaz yatağında 100% pay sahibi olan Kanadanın “Gazelle Energy Limited” şirkətinin 25 faiz payını satın alıb. “GL Group” və onun strateji təşəbbüsləri haqqında ətraflı məlumatı www.gl.world saytından əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
5 d. əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 6 d. əvvəl
-
27 d. əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
39 d. əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
49 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
2 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Ən çox oxunanlar
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib




























