GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycanın ilk özəl neft-qaz şirkətləri qrupu olan “GL Group” Fərid Bağırovun Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti vəzifəsinə təyin edildiyini elan edib.
Cənab Bağırov 2025-ci ilin avqustunda Qrupun Kommersiya Direktoru vəzifəsində “GL Group”-a qoşulub və Qrupun kommersiya gündəliyinin və strateji inkişaf planlarının həyata keçirilməsində mühüm rol oynayıb. Ötən dövr ərzində o, biznesin inkişafı üzrə əsas təşəbbüslərə əhəmiyyətli töhfə verib, Qrupun birləşmə və satınalma fəaliyyətlərini dəstəkləyib və “GL Group” fəaliyyətini genişləndirdikcə onun kommersiya imkanlarının gücləndirilməsinə kömək edib.
Cənab Bağırov Böyük Britaniya, BƏƏ və Omandakı beynəlxalq təyinatlar da daxil olmaqla, neft-qaz sənayesində 18 ildən artıq təcrübəyə malik biznesin inkişafı və kommersiya fəaliyyəti üzrə təcrübəli rəhbərdir. Karyerası boyunca o, dəyəri bir neçə milyard ABŞ dolları olan portfellər üçün regional neft-qaz strategiyaları hazırlayıb və yeni ölkə bazarlarına giriş imkanları da daxil olmaqla, biznesin inkişafı üzrə iri sövdələşmələri uğurla həyata keçirib.
“GL Group”-a qoşulmazdan əvvəl cənab Bağırov “bp”-nin Londondakı ofisində Birləşmələr və satınalma (M&A) komandası üzrə menecer vəzifəsində çalışıb və burada o ümumi dəyəri 500 milyon ABŞ dollarından çox olan layihələrin icrasına dəstək verib. Daha sonra o, “bp Oman” şirkətində Biznesin İnkişafı üzrə Müşavir vəzifəsinə keçib və yaşıl hidrogen layihəsində iştirak payının əldə edilməsinə dair sövdələşmənin uğurla bağlanmasını təmin edib.
Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti vəzifəsində Fərid Bağırov birbaşa Qrupun Baş İcraçı Direktoruna hesabat verəcək və “GL Group”-un İcraçı Rəhbərlik Komandasının üzvü olacaq. O, Qrupun biznesin inkişafı strategiyasına rəhbərlik edəcək, yeni inkişaf imkanlarını müəyyənləşdirərək onların reallaşdırılmasını təmin edəcək, strateji tərəfdaşlıqları möhkəmləndirəcək və “GL Group”-un genişlənmə məqsədlərinin həyata keçirilməsinə dəstək verəcək.
Cənab Bağırov Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr və magistr dərəcələrinə malikdir.
GL Group” haqqında:
“GL Group” Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparır. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir. “GL Group” 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Türkiyənin Trakya hövzəsində yüksək perspektivli qaz yatağında 100% pay sahibi olan Kanadanın “Gazelle Energy Limited” şirkətinin 25 faiz payını satın alıb. “GL Group” və onun strateji təşəbbüsləri haqqında ətraflı məlumatı www.gl.world saytından əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 19 d. əvvəl
-
23 d. əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
40 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
2 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm























