Norm “4Sİ Akademiyası – Milli Proqram”ın yeni mərhələsinin tərəfdaşıdır
“Norm” ASC İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirilən “4Sİ Akademiyası – Milli Proqram”ın yeni mərhələsinə tərəfdaş olaraq qoşulub.
Şirkət korporativ sosial məsuliyyət strategiyası çərçivəsində bu təşəbbüsə qoşulmaqla, ölkəmizdə təhsilin inkişafına, insan kapitalının gücləndirilməsinə, rəqəmsal bacarıqların artırılmasına və gələcəyin peşələrinin tələblərinə uyğun səriştələrin formalaşdırılmasına dəstəyini ifadə edib.
Proqram çərçivəsində Azərbaycan vətəndaşlarına 21 000 ödənişsiz onlayn təlim imkanı təqdim olunur. Təlimlər dünyanın 375-dən çox nüfuzlu universiteti və texnologiya şirkəti tərəfindən hazırlanıb. Bu tərəfdaşlar sırasında Stanford, Oksford, Yel, Dyuk, Miçiqan və London universitetləri ilə yanaşı, “Google”, IBM, “Microsoft”, “Meta”, “Amazon Web Services” və “DeepLearning.AI” kimi qlobal texnologiya liderləri də yer alır.
Qeyd edək ki, dayanıqlı inkişaf məqsədlərinə müvafiq olaraq, cəmiyyət üçün uzunmüddətli dəyər yaradan layihələrin həyata keçirilməsi və dəstəklənməsi Norm-un korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət məsuliyyətli biznes prinsiplərinə sadiq qalaraq, ölkənin sosial-iqtisadi inkişafına xidmət edən təşəbbüslərə xüsusi önəm verir. Bu çərçivədə, müxtəlif təhsilyönümlü layihələrdə iştirak edərək, gələcək ixtisaslı kadr potensialının formalaşmasına, gənclərin bilik və bacarıqlarının inkişafına, rəqəmsal səriştələrinin artırılmasına və onların dəyişən əmək bazarının tələblərinə uyğunlaşmasına dəstək göstərir.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
13 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 56 d. əvvəl
-
1 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm




























