İnvestorlar irimiqyaslı layihəyə dəvət olunurlar
Hövsan aerasiya çirkab suların təmizlənməsi qurğusunun təmiri və çirkab suların təkrar emalı üzrə yeni qurğuların quraşdırılması layihəsi üzrə Niyyət Bildirişinin (EOI) təqdim edilməsinə dəvətAzərbaycan Respublikası Hökuməti Bakı ərazisində mövcud olan çirkab suların təmizlənməsi infrastrukturunun modernləşdirilməsi məqsədilə su təchizatı və kanalizasiya sahəsində irimiqyaslı modernləşdirmə proqramı həyata keçirir.
Həmin proqramın əsas tərkib hissəsi olaraq dövlət-özəl tərəfdaşlığı mexanizmi çərçivəsində Hövsan aerasiya çirkab suların təmizlənməsi qurğusunun təmiri və çirkab suların təkrar emalı üzrə yeni qurğuların quraşdırılması layihəsinin icrası üzrə satınalma prosesi başlayır. Proqramda məsləhətçi qismində çıxış edən Asiya İnkişaf Bankı (AİB) prosesə dəstək göstərir.
Bakıdan təxminən 15 km şərqdə yerləşən Hövsan aerasiya çirkab suların təmizlənməsi qurğusu (Hövsan ÇSTQ) Azərbaycanda ən iri çirkab suların təmizlənməsi obyektidir və Bakı ərazisində əmələ gələn çirkab suların əhəmiyyətli hissəsini təmizləyir. Layihənin məqsədi çirkab suların təmizlənməsi qurğusunun təmiri və modernləşdirilməsi, habelə təkrar emal olunmuş su istehsal edən yeni qurğunun yaradılmasıdır. Bununla çirkab sular daha effektiv üsulla təmizlənəcək, suyun təkrar istifadəsinin əhatə dairəsi genişləndiriləcək və ölkənin “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”sına uyğun olaraq, su ehtiyatlarından dayanıqlı istifadə gücləndiriləcəkdir.
Azərbaycan Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (İN) sahə üzrə ixtisaslı özəl sektor şirkətlərini və ya konsorsiumları Hövsan ÇSTQ-nin təmiri, maliyyələşdirilməsi, istismarı və texniki xidməti ilə yanaşı, təkrar emal olunmuş su istehsal edən yeni qurğunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarı və texniki xidmətini əhatə edən işlər üzrə “Layihələndir–Tik–Maliyyələşdir–İdarə et–Təhvil ver” (DBFOM) modeli çərçivəsində Niyyət Bildirişini (EOI) təqdim etməyə dəvət edir.
Niyyət Bildirişi potensial investorlar tərəfindən dolduraraq (əlavə olunmuş müraciət formasına uyğun olaraq) 2026-cı il 21 avqust tarixindən gec olmayaraq [email protected] ünvanına elektron qaydada təqdim edilməlidir.
Layihə haqqında əlavə məlumat üçün Layihə Təqdimatına keçid etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
4 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
28 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
37 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























