Azərbaycan işçi qüvvəsi ixrac edir - Dövlət Agentliyi Türkiyə üçün işə qəbul elan edib
Aazərbaycanın Dövlət Məşğulluq Agentliyi Türkiyə Respublikasında fəaliyyət göstərən xüsusi qulluq mərkəzlərində baxıcı vəzifəsi üzrə işə qəbul üçün müraciətlərin qəbuluna başlayıb.
Marja.az xəbər verir ki, vakansiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin “Azərbaycandan işçi qüvvəsinin ixracı” layihəsi çərçivəsində təqdim olunur.
Vəzifə: Baxıcı
İş yeri: Türkiyə Respublikasındakı xüsusi qulluq mərkəzləri
İşin təsviri
İşə qəbul ediləcək şəxslər xüsusi qulluq mərkəzlərində əlilliyi olan, daimi qulluğa və reabilitasiyaya ehtiyac duyan yaşlı şəxslərə peşəkar xidmət göstərəcəklər. İş stasionar formada təşkil olunacaq və əməkdaşlar həmin mərkəzlərdə gecələyəcəklər.
Əsas vəzifələr
* Əlilliyi olan və yaşlı şəxslərin gündəlik və şəxsi qulluq ehtiyaclarını qarşılamaq;
* Fərdi qayğı planına uyğun xidmət göstərmək;
* Xidmət alan şəxslərin gündəlik ehtiyaclarının qarşılanmasını təmin etmək;
* Onlara zərər vura biləcək münasibət və davranışların qarşısının alınması üçün nəzarət tədbirləri həyata keçirmək;
* Müəyyən edilən hallar barədə aidiyyəti məsul şəxsləri məlumatlandırmaq.
Əmək şəraiti və təminatlar
* Əməkhaqqı Türkiyədə qüvvədə olan minimum əməkhaqqından az olmayacaq;
* Aviabilet xərcləri işəgötürən tərəfindən ödəniləcək;
* Viza rüsumu tam qarşılanacaq;
* Yaşayış yeri işəgötürən tərəfindən təmin ediləcək;
* Qidalanma xərcləri işəgötürən tərəfindən ödəniləcək.
Müraciət qaydası
Son müraciət tarixi 27 avqust 2026-cı ildir.
Türkiyədə rəsmi və təminatlı iş imkanından yararlanmaq istəyən uyğun namizədlər vakansiyaya onlayn qaydada müraciət edə bilərlər.
Vakansiya haqqında azvak.az saytında ətraflı tanış olaraq, elandakı müraciət linkinə keçid edərək müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 29 d. əvvəl
- 49 d. əvvəl
-
50 d. əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
56 d. əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
-
2 saat əvvəl
İnvestorlar niyə Azərbaycanı seçir? Ölkəmizin yeni iqtisadi üstünlükləri
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Rəsmi məzənnələr açıqlandı
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Ən çox oxunanlar
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama
Prezident: Azərbaycanda yeni neft-qaz bumu mümkündür
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir























