SOCAR "investisiya oluna bilən" kredit reytinqini qoruyub saxlayır
“Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR-ın uzunmüddətli kredit reytinqini Baa3 səviyyəsində, proqnozunu isə "stabil" olaraq təsdiq edib. Bununla da SOCAR ötən il əldə etdiyi investisiya oluna bilən kredit reytinqini qoruyub saxlayıb.
Bu barədə SOCAR-ın yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, bu qərar SOCAR-ın maliyyə dayanıqlığının, kredit profilinin və beynəlxalq kapital bazarlarında etibarlı borcalan mövqeyinin növbəti əyani təsdiqdir. Eyni zamanda bu, şirkətin uzunmüddətli maliyyə siyasətinin və intizamının, davamlı inkişaf istiqamətində həyata keçirdiyi tədbirlərin beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini göstərir.
"Moody’s" qiymətləndirməsində SOCAR-ın Azərbaycan iqtisadiyyatı və enerji sektorunda strateji rolu, inteqrasiya olunmuş fəaliyyət modeli, sağlam maliyyə göstəriciləri və güclü kredit metrikləri reytinqi dəstəkləyən əsas amillər kimi qeyd edilib.
"Bu qərar qlobal iqtisadiyyatda mövcud qeyri-müəyyənliklər, beynəlxalq maliyyə bazarlarındakı dəyişkənlik, müşahidə olunan geosiyasi gərginliklər fonunda enerji bazarlarında qiymət volatilliyinin davam etdiyi bir dövrdə qəbul olunub. Belə mürəkkəb xarici mühitə baxmayaraq, SOCAR-ın investisiya oluna bilən kredit reytinqinin təsdiqlənməsi şirkətin dayanıqlı maliyyə vəziyyətini, risklərin effektiv idarə olunmasını və uzunmüddətli inkişaf potensialını bir daha nümayiş etdirir",- SOCAR-ın məlumatında bildirilir.
Vurğulanıb ki, investisiya oluna bilən kredit reytinqinin qorunub saxlanılması beynəlxalq kapital bazarlarında investor etimadının möhkəmlənməsinə, maliyyə institutları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinə və şirkətin maliyyələşmə imkanlarının genişlənməsinə töhfə verən mühüm amillərdəndir. Bu, eyni zamanda SOCAR-ın beynəlxalq kapital bazarlarında etimad göstərilən tərəfdaş kimi mövqeyini daha da gücləndirir.
SOCAR son illər ərzində korporativ idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, maliyyə hesabatlılığının və şəffaflığın artırılması, risklərin idarə olunması sisteminin gücləndirilməsi və maliyyə dayanıqlığının qorunması istiqamətlərində ardıcıl tədbirlər həyata keçirir.
Xatırladaq ki, SOCAR tarixində ilk dəfə 2025-ci ildə "Moody’s" tərəfindən investisiya oluna bilən Baa3 kredit reytinqini əldə edib.
Bununla yanaşı, SOCAR digər beynəlxalq kredit reytinq agentlikləri tərəfindən də yüksək səviyyədə qiymətləndirilən şirkətlər sırasındadır. Hazırda şirkət "Fitch Ratings" tərəfindən BBB- (stabil) və "S&P Global Ratings" tərəfindən BB (pozitiv) uzunmüddətli kredit reytinqinə malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
27 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
36 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























