AZCON Holding və “Amazon Web Services” strateji əməkdaşlığı genişləndirir
“Amazon”un bulud texnologiyaları Azərbaycanda daha əlçatan olacaq: AZCON Holding və AWS-dən dövlət qurumları və şirkətlər üçün yeni imkan.AZCON Holding və “Amazon Web Services” (AWS) Azərbaycanda “bulud” texnologiyalarının, süni intellekt həllərinin və rəqəmsal transformasiya imkanlarının inkişafına yönəlmiş strateji əməkdaşlıqlığın yeni mərhələsinə başlayıb.
Əməkdaşlıq 2026-cı ilin fevral ayında tərəflər arasında imzalanmış müqavilə əsasında davam etdirilir. Yeni mərhələ AZCON Holding və “AWS”in Azərbaycanın texnoloji inkişafına uzunmüddətli töhfə vermək məramını bir daha təsdiqləyir.
Bu əməkdaşlıq qabaqcıl “bulud” texnologiyalarını yerli müəssisələr və dövlət qurumları üçün daha əlçatan edəcək. Beləliklə, təşkilatlar məlumatlarını və kritik iş yüklərini daha çevik, təhlükəsiz və səmərəli şəkildə idarə edə biləcəklər.
Əməkdaşlığın istiqamətlərindən biri də müasir hibrid arxitekturanın tətbiqidir. Bu yanaşma lokal məlumat mərkəzlərinin “AWS”in “bulud” resursları ilə fasiləsiz, təhlükəsiz və normativ tələblərə uyğun inteqrasiyasını təmin edəcək.
Birgə fəaliyyətin digər vacib istiqaməti süni intellekt, məlumat analitikası, sənaye həlləri və telekommunikasiya sistemlərinin inkişaf etdirilməsidir.
Bununla yanaşı, əməkdaşlıq ölkədə “bulud” texnologiyaları üzrə bilik və bacarıqların inkişafına, eləcə də müasir texnoloji həllərin daha geniş tətbiqinə xidmət edəcək.
“AWS” ilə əməkdaşlığın genişləndirilməsi AZCON Holding-in Azərbaycanın rəqəmsal arxitekturasının gücləndirilməsinə verdiyi töhfənin davamıdır. Bu tərəfdaşlıq innovasiyaların təşviqi, rəqəmsal bacarıqların inkişafı və milli texnologiya ekosisteminin gücləndirilməsi üçün yeni imkanlar yaradacaq.
Qeyd edək ki, bu əməkdaşlıq “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində müəyyən edilmiş rəqəmsal transformasiya, “bulud” texnologiyalarının tətbiqi, süni intellekt və rəqəmsal bacarıqların inkişafı üzrə prioritetlərin reallaşdırılmasına töhfə verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
25 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
34 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























