İri şəbəkə Ramanada yeni mağazasını açır
Bazarstore pərakəndə satış şəbəkəsi mağaza şəbəkəsini genişləndirməyə davam edir.
Marja xəbər verir ki, Şirkət növbəti mağazasını Bakı şəhərinin Ramaana qəsəbəsində müştərilərin istifadəsinə verəcək.
Yeni mağazanın rəsmi açılışı 31 iyul tarixində, saat 10:00-da baş tutacaq. Mağaza Ramana qəsəbəsi, 228-ci küçə, giriş 11 ünvanında fəaliyyət göstərəcək.
Qeyd edək ki, Bazarstore bundan əvvəl – 24 iyul tarixində Abşeron rayonunun Saray qəsəbəsində də yeni mağazasını istifadəyə vermişdir. Həmin mağaza Süleyman Tağızadə küçəsi 3 ünvanında yerləşir.
Beləliklə, şirkət cəmi bir həftə ərzində ardıcıl olaraq iki yeni mağazanın açılışını həyata keçirərək satış şəbəkəsinin genişləndirilməsi strategiyasını davam etdirir.
Yeni mağazaların istifadəyə verilməsi ərazidə yaşayan sakinlərin gündəlik alış-veriş imkanlarını artırmaqla yanaşı, şirkətin ölkə üzrə əlçatanlığını da gücləndirir. Bu cür genişlənmə pərakəndə ticarət bazarında rəqabətin artmasına, istehlakçılar üçün xidmət keyfiyyətinin yüksəlməsinə və adətən yeni iş yerlərinin yaradılmasına da töhfə verir.
Bazarstore son illərdə Azərbaycanın müxtəlif şəhər və rayonlarında yeni mağazalar açaraq ölkənin ən geniş supermarket şəbəkələrindən biri kimi mövqeyini daha da möhkəmləndirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 23 saat sonra
-
-
5 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
30 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 42 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
1 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
1 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır


























