"Citadel" FED-dən sürpriz faiz artımı gözləyir
“Citadel Securities” ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) bu həftə gözlənilmədən faiz dərəcəsini artıra biləcəyini və belə bir addımın inflyasiya ilə mübarizədə qurumun etibarlılığını gücləndirəcəyini bildirib.
Marja xəbər verir ki, Şirkət Fed-in bu həftə faiz dərəcəsini artıracağını gözlədiyini açıqlayıb. “Citadel Securities”in qiymətləndirməsinə görə, belə bir sürpriz qərar FED-in sədri Kevin Uorşun inflyasiya ilə mübarizədə mövqeyinə olan etimadı artıracaq.
Şirkətin makrostrategiya rəhbəri Frenk Flayt yayımladığı qeyddə bildirib ki, çərşənbə günü faiz dərəcəsinin 25 baza bəndi artırılması Kevin Uorşun qiymət sabitliyini bərpa etmək öhdəliyini möhkəmləndirəcək. Bu addım, həmçinin pul siyasəti qərarlarının hər birinin əvvəlcədən bazara istiqamətləndirilməsinə artıq ehtiyac duyulmadığını göstərəcək.
“Bazar Fed-in daha sərt pul siyasətinə dönüşünün miqyasını yenidən lazımınca qiymətləndirməmiş ola bilər”, – Flayt qeyd edib.
Onun sözlərinə görə, bu həftə faiz dərəcəsinin artırılması “gələcək siyasətlə bağlı əvvəlcədən istiqamətləndirmə dövrünü qəti şəkildə başa çatdıracaq” və Fed-in müstəqilliyini ön plana çıxaracaq.
Faiz svopları çərşənbə günü 25 baza bəndlik artım ehtimalını təxminən 40% səviyyəsində qiymətləndirir. Bu göstərici son illərdə FED qərarları ərəfəsində müşahidə olunan vəziyyətlə müqayisədə qeyri-adi dərəcədə yüksək qeyri-müəyyənliyə işarə edir. İnvestorlar isə sentyabr ayında faiz artımını artıq tam şəkildə qiymətlərə daxil ediblər.
Flaytın fikrincə, FED-in bu həftə hərəkətə keçməsi sentyabr ayını gözləməsindən daha güclü təsir yaradacaq. Çünki belə bir qərar mərkəzi bankın inflyasiyaya necə reaksiya verəcəyi ilə bağlı gözləntiləri yenidən formalaşdıracaq.
O bildirib ki, sürpriz faiz artımı FED-in inflyasiya ilə mübarizədə etibarlılığını gücləndirməklə yanaşı, inflyasiya qalıcı xarakter almadan şirkətlərin qiymətqoyma qərarlarına və işçilərin əməkhaqqı tələblərinə təsir göstərə bilər. Bu isə gələcəkdə daha sərt monetar siyasət tədbirlərinə ehtiyacı azalda bilər.
Son dövrdə açıqlanan məşğulluq və inflyasiya göstəricilərindəki zəifləmənin iyul ayında faiz artımı gözləntilərini azaltdığını bildirən Flayt, bununla belə, inflyasiya risklərinin yüksək səviyyədə qaldığını və əmək bazarının güclü mövqeyini qoruduğunu göstərən məlumatların diqqətdən kənarda saxlanılmamalı olduğunu vurğulayıb.
Flayt son həftələrdə enerji qiymətlərinin yüksəlməsinin də FED-i bu həftə faiz dərəcəsini artırmağa sövq edə biləcək amillərdən biri olduğunu qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























