Vergi güzəştləri və bazarlara çıxış kimi imkanları - KOB klaster şirkətlərinə yeni iştirakçılar cəlb edilir
KOB klaster şirkətlərinin iştirakçısı olmaqla sahibkarlar vergi güzəştləri, yeni əməkdaşlıqlar və bazarlara çıxış kimi imkanlar əldə edə bilərlər.
“KOB klaster şəhadətnaməsi” almış "Frutena", "Naturaoil" və "Healthtech Solutions" KOB klaster şirkətləri artıq müxtəlif sahələrdə fəaliyyət göstərən 20-dən çox mikro, kiçik və orta sahibkarlıq subyektini ətrafında birləşdirib.
KOB klaster şirkətlərinə yeni iştirakçıların cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Alma və nar məhsullarının, plastmaslar və onlardan hazırlanan xammal məmulatlarının, müxtəlif növ qablaşdırma məhsullarının istehsalı və keyfiyyətə nəzarət laborotoriya xidmətləri sahəsində fəaliyyət göstərən ixtisaslaşmış KOB subyektləri KOB klasterinin iştirakçısı olmaq üçün müvafiq KOB klaster şirkətinə, həmçinin əlaqələndirmə dəstəyi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər. Müraciətlər KOBİA-nın [email protected] elektron poçt ünvanı və ya rəsmi internet səhifəsi vasitəsilə qəbul edilir.
Hüquqi və fərdi sahibkar olan KOB subyektləri KOB klasterin iştirakçısı olmaqla aşağıdakı üstünlüklərdən yararlana bilərlər:
- KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim edilən mallardan əldə olunan mənfəət və ya gəlirin biznesin inkişafına yönəldilərək kapital xarakterli xərclərə sərf edilən hissəsi üzrə 7 il müddətinə mənfəət (gəlir) vergisindən azad olma;
- KOB klaster şirkətinin istehsal və təchizat zəncirinə qoşulmaqla uzunmüddətli əməkdaşlıq əlaqələri qurmaq;
- məhsul və xidmətlər üçün yeni bazar imkanlarını genişləndirmək;
- rəqabət qabiliyyətini artırmaq;
- istehsal və xidmət keyfiyyətini yüksəltmək;
- satış və istehsal həcmini artırmaq üçün yeni imkanlar qazanmaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
10 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
34 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
43 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

























