Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?
Kənd təsərrüfatı istehsalı daim xəstəliklərə qarşı ən həssas sahədir. Xüsusilə də heyvandarlıq və quşçuluq qəfil yayılan kütləvi xəstəliklərdən böyük zərər görə biləcək sahələr hesab olunur.
Son illərdə ABŞ və Rusiyanın timsalında yüksək patogen quş qripinin quşçuluq sahəsində yarada biləcəyi böhranın miqyası daha aydın göründü. Dünyanın bir nömrəli iqtisadiyyatına malik ABŞ 2023-2024-cü illərdə kütləvi yayılan quş qripi səbəbindən yumurta istehsalının mühüm hissəsini itirdi, nəticədə öz qapılarını xarici ölkələrdə istehal olunan yumurtalar üçün taybatay açmalı oldu.
Rusiya isə eyni addımı 2024-cü ildə atdı: həm toyuq əti, həm də yumurta üçün.
Quş qripi vaxtaşırı Azərbaycanın Rusiya,Türkiyə kimi yaxın qonşularında aşkarlansa da, ölkəmizdə bu bəlaya yoluxma halı qeydə alınmır. Rusiya və ABŞ bu ağır xəstəliyə görə toyuq əti və yumurta istehsalı potensialını itirdiyi vaxtda - 2024-cü ildə Azərbaycanın Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən yüksək patogen quş qripindən azad ölkə statusu alıb. İndiyədək də bu status qorunub saxlanır.
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, Azərbaycanın yüksək patogen quş qripindən azad ölkə statusu almasında və bu statusun qorunub-saxlanmasında Azərbaycan Respublikasının Qida Təhlükəsiziyi Agentliyinin müstəsna xidmətləri var: “Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycanda qida təhlükəsizliyi sistemi beynəlxalq standartlara cavab verir. Hər il köçəri quşların hərəkət istiqaməti boyunca bir neçə dəfə kompleks monitorinq tədbirləri həyata keçirilir, məqsəd əlbəttə, köçəri quşların ölkəyə quş qripini yaymasının qarşısını almaqdır.
Eyni zamanda ölkəyə idxal olunan ət, yumurta, diri heyvan və quşlarla bağlı sərt nəzarət mexanizmi tətbiq olunub. Xəstəliklərin ölkəyə bu yolla daxil olması üçün idxal edilən bütün məhsul partiyalarından nümunələr alınaraq xəstəliklərə qarşı yoxlanılır”.
Assosiasiya rəhbəri bildirir ki, Qida Təhlükəsizliyi Agentliyi yüksək patogen quş qripinin yayılması ilə bağlı xarici ölkələrdəki vəziyyəti də yaxından izləyir: “Azərbaycana quşçuluq, heyvandarlıq məhsullarının idxalı həyata keçirilən ölkələrlə bağlı nəzarət daha güclüdür. Bu nəzarət Agentlik təhlükəli xəstəliklərin aşkarlandığı regionlardan, bir sıra hallarda isə ölkələrdən diri heyvan, quş, yaxud ət idxalına qadağa tətbiq edir. Bütün bu tədbirlər imkan verir ki, Azərbaycanın yüksək patogen quş qripindan azad ölkə statusu qorunub saxlansın”.
M.Həsənlinin sözlərinə görə, AQTA yerli quşçuluq təsərrüfatlarında istehsal prosesinə də nəzarət edir: “Agentliyin nəzarəti damazlıq yumurtanın istehsalından başlayaraq, ondan əldə olunan cücələrin qidalanması, saxlanma şəraiti, peyvəndlənmə şərtlərindən tutmuş, bazara çıxarılan hazır yumurta və ətin yoxlanmasına qədər bütün istehsal tsiklini əhatə edir. Kəsimə yönəldilən bütün toyuq partiyalarından müvafiq analizlər götürülür, ət antibiotik qalıqları ilə yanaşı müxtəlif xəstəliklərə görə də tam yoxlanılır. Yalnız bütün göstəricilər yerli və beynəlxalq normalar daxilində olan məhsulların satışa buraxılmasına icazə verilir. Bu nəzarət sistemi istehsalçıların məsuliyyətini daha da artırır, hər kəs çalışır ki, istehsal prosesini qida təhlükəsizliyi tələblərinə tam uyğunlaşdırsın. Bütün bunların nəticəsində istehsal etdiyimiz məhsullar beynəlxalq tələblərə tam cavab verir. Bu isə bizə məhsullarımızı ABŞ, Rusiya, Çin, Körfəz ölkələri və sair istiqamətlərdə ixrac etmək imkanı yaradır”.
Assosiasiya sədri onu da qeyd edir ki, ğhazırda ölkəmizdə xəstəliklərdən zad zonaların yaradılması istiqamətində işlər həyata keçirilir: “O cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda, Naxçıvan Muxtar Respublikasında xəstəliklərdən azad zonaların yaradılması ixrac bazarının şaxələndirilməsi üçün böyük perspektivlər açır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
2 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
15 d. əvvəl
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
-
31 d. əvvəl
Changan 4 dəfədən çox, BYD təxminən 5 dəfə artıb - Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
38 d. əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 39 d. əvvəl
-
1 saat əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
1 saat əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
1 saat əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Ən çox oxunanlar
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib


























