Mərkəzi Bank “Tiko Azərbaycan”a icrası məcburi göstəriş verib
Azərbaycan Mərkəzi Bankı “Tiko Azərbaycan” MMC-yə icrası məcburi olan göstəriş verib.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, qərar şirkətin məcmu kapitalının minimum məbləğinə dair tələbin pozulması ilə əlaqədardır.
Mərkəzi Bankın göstərişinə əsasən, “Tiko Azərbaycan” mövcud pozuntunu aradan qaldırmalı, həmçinin daxili nəzarət sistemlərini təkmilləşdirməlidir.
Qərar Azərbaycan Mərkəzi Bankının “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.3-cü bəndi ilə əlaqəli tələblərin icrasının təmin edilməsi məqsədilə qəbul olunub.
“Tiko Azərbaycan”a icrası məcburi göstəriş verilərkən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddəsinin tələbləri rəhbər tutulub.
Tiko ödəniş, qəbul və göndərmədə müəssisələrin müxtəlif ehtiyacları üçün innovativ həllər təklif edir. Tiko regional ödəniş şirkətidir. 4 ölkədə yerləşir: Türkiyə, Azərbaycan, Gürcüstan və Şimali Kipr Türk Respublikası.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























