AZZA regionlarda genişlənir – Daha 4 bölgədə mağazası açılacaq
Azərbaycanın aparıcı şirniyyat və qastronomiya şəbəkələrindən biri olan AZZA son dövrlərdə inkişaf strategiyasında diqqəti regionlara yönəldib. Əgər əvvəlki illərdə şirkətin yeni filiallarının böyük hissəsi Bakı və Abşeron ərazisində açılırdısa, indi şəbəkənin genişlənməsi ölkənin müxtəlif şəhərlərini və rayonlarını əhatə etməyə başlayıb.
Marja.az xəbər verir ki, Şirkət Yevlax şəhərində 128-ci, Göyçayda 129-cu mağazasını istifadəyə verib. AZZA bildirib ki, məqsəd müştərilərə daha yaxın olmaq və bölgələrdə xidmət şəbəkəsini genişləndirməkdir.
Diqqət çəkən məqamlardan biri odur ki, AZZA son aylarda yalnız paytaxtda deyil, regionlarda da investisiya tempini artırır. Şirkətin artıq Bakı ilə yanaşı Gəncə, Mingəçevir, Sumqayıt, Yevlax və Göyçayda mağazası fəaliyyət göstərir və regionlarda fəaliyyət daha da genişləndirilir.
AZZA Şəki, Qazax, Ağdaş və Kürdəmirdə də mağazasını istifadəyə verməyə hazırlaşır.
Qeyd edək ki, bu ilin əvvəlində AZZA Bakının Xətai rayonu ərazisində sayca 119-cu mağazasını istifadəyə vermişdi. Sonrakı aylarda isə şəbəkənin filial sayı 129-a çatdırılıb ki, bu da şirkətin qısa müddətdə ardıcıl genişlənməsini göstərir.
AZZA-nın inkişaf strategiyasında müşahidə olunan dəyişiklik pərakəndə ticarət sektorunda yeni tendensiyanı əks etdirir. Bölgələrdə alıcılıq qabiliyyətinin artması, logistika imkanlarının genişlənməsi və keyfiyyətli qida məhsullarına tələbin yüksəlməsi iri pərakəndə şəbəkələri paytaxtdan kənara çıxmağa təşviq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
23 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
32 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama


























