Azərbaycan və İran avtomobillərin keçid məntəqələrindən sinxron buraxılmasını müzakirə edib
Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında görüş keçirilibİyulun 30-da İran İslam Respublikasının Biləsuvar şəhərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun və İran İslam Respublikası İqtisadiyyat və Maliyyə nazirinin müavini, İran Gömrük Administrasiyasının rəhbəri Forod Asqarinin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.
Marja xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Görüş zamanı praktiki əməkdaşlıq imkanları əsasında nəqliyyat vasitələrinin keçid məntəqələrindən sinxron buraxılması, eləcə də elektron məlumat mübadiləsinin həyata keçirilməsi, operativlik və gələcək əməkdaşlığın əlaqələndirilmiş şəkildə inkişaf etdirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Tranzit prosedurları, o cümlədən, Azərbaycandan İran İslam Respublikasının ərazisi ilə Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə hərəkət edən yük nəqliyyat vasitələrinin sürətli keçidi məqsədilə hərəkət intensivliyinə dəstək göstərilməsi məsələləri müzakirə edilib və istiqamətlər müəyyən olunub.Tədbirin sonunda görüşün protokolu imzalanıb.
Görüşdən sonra Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasının ərazisindəki Biləsuvar gömrük postunun, İran nümayəndə heyəti isə Azərbaycan Respublikası Biləsuvar dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyəti ilə tanış olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
21 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
30 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























