25 milyon manat sərmayə yatırıb, 10 milyon manat da yatırmağı planlaşdırır
Son vaxtlaradək Qubada cəmi 1 konserv zavodu fəaliyyət göstərirdi. İndi onların sayı artıq ikidir. Belə ki, ötən ildən rayonda “Frutena KOB Klaster” MMC-nin nəzdində yeni konserv zavodu fəaliyyətə başlayıb.
Müəssisənin icraçı direktorunun müavini Vüqar Abbasov keçirilən tədbirdə bildirib:
“Biz dövlət siyasətinin nəticələrinin birbaşa hiss edən sahibkarlardanıq. Müəssisəmiz səmərəli surətdə güzəştli kreditlərdən və vergi güzəştlərindən kifayət qədər faydalanır. Buna görə də dövlətimizə, möhtərəm Prezidentimizə çox minnətdarıq”.
Vüqar Abbasov qeyd edib ki, məhz dövlətin yaratdığı imkanlara güvənərək “Frutena KOB Klaster” MMC tərəfindən ötən 2 il ərzində 25 milyon manat sərmayə yatırılıb. Hazırda zavodda alma və nar meyvələrinin emalı həyata keçirilir. Bu il emal müəssisəsi 25-28 min ton meyvə qəbul edəcək. Emal ediləcək şirə və konsentrat məhsulların əsas hissəsi qonşu ölkələrə ixrac olunacaq.
Emalçıların qarşıdakı illər üçün də planları genişdir. Belə ki, aqrar sektorun inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramına dəstək olaraq müəssisə 2027-ci ilin avqustunadək əlavə 10 milyon manat vəsait yatırmağı planlaşdırır. Bu sərmayə nəticəsində zavodda digər bağ və bostan məhsullarının emalı üçün istehsalat xətləri yaradılacaq. Bununla da müəssisənin istehsal gücü hazırkı 28 min tondan 35 min tona çatdırılacaq. Hazırda burada yerli meyvədən hazırlanan şirələr 4 ölkəyə ixrac edilir. Yaxın gələcəkdə isə ixracın coğrafiyası xeyli genişləndiriləcək. Müəssisə artıq bu istiqamətdə bir çox Avropa və Amerika ölkələrindəki tərəfdaşları ilə danışıqlar aparır.
© "Xalq" qəzeti
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
3 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
27 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
36 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama






























