Yaponiyanın “ITOCHU” şirkəti “Azəri-Çıraq-Günəşli”dən çıxdı, bütün payını SOCAR-a satdı
AÇG-də 30 illik Yaponiya səhifəsi bağlandı: SOCAR “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üzrə “ITOCHU” korporasiyasına məxsus iştirak payını alıb. SOCAR AÇG-də əlavə 3,65% pay alıb, şirkətin payı 31,65%-dən 35,3%-ə yüksəlib.İştirak payının alınmasına dair müvafiq sənədlər imzalanıb, alqı-satqı əməliyyatı qanunvericiliyin tələblərinə, SOCAR-ın daxili normativ qaydalarına, habelə müqavilə üzrə mövcud tənzimləyici öhdəliklərə uyğun olaraq həyata keçirilib.
Marja xəbər verir ki, bu, SOCAR-n yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, alqı-satqı prosesinə qədər “ITOCHU” korporasiyası AÇG layihəsində 3.65% iştirak payına malik olub. Beləliklə, SOCAR-ın AÇG layihəsində iştirak payı 31.65%-dən 35.3%-ə çatıb.
SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib: “AÇG layihəsi uzun illərdir ölkəmizin və regionun enerji təhlükəsizliyinə mühüm töhfə verir. Eyni zamanda, cari ildə AÇG yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatının başlanması layihənin gələcək inkişafı və Azərbaycanın qaz potensialının artırılması üçün yeni imkanlar açır. Layihənin icrasında uzun illər ərzində oynadığı rola və səmərəli tərəfdaşlığa görə ITOCHU korporasiyasına təşəkkürümüzü bildiririk. Əminik ki, layihə bundan sonra da tərəfdaşların birgə səyləri, yüksək əməliyyat standartları və qarşılıqlı etimad əsasında uğurla həyata keçiriləcək”.
ITOCHU korporasiyasının baş əməliyyat direktoru, Enerji və enerji həlləri Bölməsinin baş icraçı direktoru Tetsuya Yamada bildirib: “ITOCHU 1996-cı ildə Azərbaycana sərmayə yatıran ilk Yaponiya şirkəti olduqdan sonra son üç onillik ərzində AÇG layihəsi və enerji sahəsində digər investisiyalar vasitəsilə SOCAR ilə möhkəm tərəfdaşlıq qurub. AÇG son dərəcə uğurlu layihədir və uzun illər ərzində sahib olduğumuz bu aktivin SOCAR-a ötürülməsi barədə qərarımız həm ITOCHU-nun inkişaf edən strateji prioritetlərini, həm də SOCAR ilə tərəfdaşlığımızı daha da dərinləşdirmək öhdəliyimizi əks etdirir. Buna görə də bu satış ITOCHU-nun Azərbaycandan çıxması demək deyil, əksinə, tərəfdaşlığımızda yeni mərhələnin başlanğıcını ifadə edir. Azərbaycan ITOCHU-nun investisiya və ticarət fəaliyyəti üçün mühüm bazar olaraq qalacaq. SOCAR ilə əməkdaşlığımızı daha da gücləndirməyi və həm Azərbaycanda, həm də beynəlxalq bazarlarda yeni biznes imkanlarını birgə dəyərləndirməyi səbirsizliklə gözləyirik”.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
SOCAR haqqında:
SOCAR — Azərbaycanda yerləşən qlobal enerji şirkətidir. Şirkət enerji resurslarının hasilatı, emalı və paylanması üzrə ixtisaslaşır. Cənubi Qafqaz regionunun ən böyük inteqrə olunmuş enerji müəssisəsi olan SOCAR beynəlxalq bazarlarda da əhəmiyyətli mövqeyə malikdir.
ITOCHU haqqında:
1858-ci ildə təsis edilmiş ITOCHU korporasiyası Yaponiyanın ən iri ticarət və investisiya konqlomeratlarından biridir. Təxminən 61 ölkədə 90 ofisi olan ITOCHU dünya üzrə enerji, faydalı qazıntılar, sənaye müəssisələri, avtomobil sənayesi, kimya, qida və digər sahələrdə iri investisiya və ticarət fəaliyyəti həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 23 saat sonra
-
-
7 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
32 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 44 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
1 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
2 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır




























