“Modenis” MMC (eManat) “MPAY” MMC-yə qoşulur
Ölkənin aparıcı ödəniş təşkilatlarından biri olan “Modenis” MMC-nin fəaliyyətində mühüm dəyişiklik həyata keçirilir.
Marja xəbər verir ki, fintex sektorunda xidmət keyfiyyətini artırmaq və yeni innovativ həllər təqdim etmək məqsədilə “Modenis” MMC (eManat) “MPAY” MMC-yə qoşulur. Şirkətin bütün hüquq və öhdəlikləri “MPAY” MMC-yə ötürülür.
Xidmətlər fasiləsiz davam edir
“MPAY” şirkətindən bildirilib ki, bu qoşulma çərçivəsində müştərilərə təqdim olunan mövcud xidmət və məhsullar olduğu kimi saxlanılır. İstifadəçilər əvvəlki qaydada bütün ödəniş və maliyyə xidmətlərindən fasiləsiz şəkildə yararlanmağa davam edəcəklər.
“eManat” brendi fəaliyyətini qoruyur
Ölkə üzrə minlərlə özünəxidmət nağd ödəniş terminalını əhatə edən “eManat” brendi fəaliyyətini eyni adla davam etdirir. Terminallar vasitəsilə təqdim olunan xidmətlər və istifadəçi interfeysində isə hər hansı bir dəyişiklik nəzərdə tutulmur.
Qeyd edilib ki, bu yenilik “MPAY” MMC-nin rəqəmsal ekosistemini daha da gücləndirərək həm nağd (terminallar vasitəsilə), həm də nağdsız (mobil tətbiq üzərindən) ödənişlərin daha sürətli və vahid sistem üzərindən həyata keçirilməsini təmin edəcək.
Məlumat üçün bildirilib ki, “MPAY” MMC Azərbaycan Respublikası Mərkəzi Bankının 11.07.2024-cü il tarixli EPT-006 nömrəli lisenziyası əsasında fəaliyyət göstərən rəqəmsal ödəniş platformasıdır. Platforma 550-dən çox xidməti vahid məkanda birləşdirərək istifadəçilərə mobil, kommunal, kredit, təhsil və digər ödənişlərini operativ və rahat şəkildə həyata keçirmək imkanı yaradır.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 3 d. əvvəl
-
24 d. əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
36 d. əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
46 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
2 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
2 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib



























