Bakıda daha bir ünvanda Subway restoranı açılır
Dünyanın aparıcı sürətli qida şəbəkələrindən olan Subway Azərbaycandakı fəaliyyətini genişləndirməyə davam edir. Şirkət avqustun 7-də Bakının ən böyük ticarət mərkəzlərindən biri olan Gənclik Mall-da yeni restoranını istifadəyə verəcəyini açıqlayıb.
Brend bununla bağlı sosial şəbəkə hesabında paylaşdığı tanıtım videosunda “Bəzi pıçıltılar var ki, adamı həyəcandan titrədir” mesajı ilə izləyicilərinə yeni açılışın anonsunu edib.
Subway Azərbaycanda fəaliyyətə bu ilin 17 iyun tarixində başlayıb. İlk üç restoran Ağ Şəhər, Caspian Plaza Biznes Mərkəzi və Elmlər Akademiyası metro stansiyasının yaxınlığında istifadəyə verilib. Daha sonra isə şəbəkə Sea Breeze istirahət məkanında dördüncü restoranını açaraq ölkədəki fəaliyyətini genişləndirib.
Bundan əlavə, avqustun 1-dən etibarən Subway Azərbaycanda çatdırılma xidmətini də istifadəyə verib. Müştərilər artıq sevdikləri sendviçləri Wolt və Bolt Food platformaları vasitəsilə sifariş edə bilirlər.
Gənclik Mall-da açılacaq yeni filial Subway-in Azərbaycandakı beşinci restoranı olacaq və şirkətin ölkədə genişlənmə strategiyasının növbəti mərhələsini təşkil edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 17 d. əvvəl
-
21 d. əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
38 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
2 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm




























