Baku Electronics-də Sizin Adamın Dəli-Dolu Təklifləri başlayır! ®
(®) Yayın istisini sərfəli alış imkanları ilə əvəz edən Baku Electronics növbəti möhtəşəm kampaniyasını təqdim edir.
7–9 avqust tarixlərində keçiriləcək "Sizin Adamın Dəli-Dolu Təklifləri" kampaniyası çərçivəsində müştəriləri böyük endirimlər və sərfəli ödəniş şərtləri gözləyir.
Kampaniya çərçivəsində müştərilər nağd alış zamanı 60%-dək endirimdən, həmçinin endirimli qiyməti ilkin ödənişsiz və faizsiz 24 ayadək hissə-hissə ödəmək imkanından yararlana biləcəklər.
Bu dəfə qiymətlər sözün əsl mənasında təəccübləndirir. Kampaniya müddətində:
Fen – 49.99 AZN əvəzinə 19.99 AZN,
Çaydan– 69.99 AZN əvəzinə 19.99 AZN,
Kondisioner – 799.99 AZN əvəzinə 479.99 AZN,
Smartsaat – 289.99 AZN əvəzinə 164.99 AZN qiymətinə təqdim olunur.
Cəmi üç gün davam edəcək kampaniya yay mövsümündə evini yeniləmək, yeni texnologiyalar əldə etmək və bunu daha sərfəli şərtlərlə reallaşdırmaq istəyənlər üçün xüsusi imkan yaradır.
30 ildən artıqdır ki, Azərbaycanın elektronika və məişət texnikası bazarında etibarlı tərəfdaş olan Baku Electronics müştərilərinə keyfiyyətli məhsullar, sərfəli kampaniyalar və yüksək xidmət standartları təqdim edir. Şirkət Samsung, LG, Bosch, Sony, Huawei, Xiaomi, Tefal, Rowenta, Panasonic, Philips, Kenwood, Braun və De'Longhi brendlərinin rəsmi distribüteri, Apple brendinin isə rəsmi satış təmsilçisidir.
Sənin Adamın Dəli-Dolu Təklifləri kampaniyası həm bakuelectronics.az saytı, həm də ölkə üzrə fəaliyyət göstərən bütün Baku Electronics mağazalarında keçərlidir.
Yayın sərfəli alış fürsətlərindən yararlanmaq üçün tələsin!
Ətraflı məlumat üçün: bakuelectronics.az və ya 143.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
20 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
29 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama



























