Birbank Biznes-dən mikro biznes kreditinə 5%-dək endirim ®
Birbank Biznes fərdi sahibkarlar üçün mikro biznes kreditini daha sərfəli edən yeni kampaniyaya start verir. 6 – 31 avqust 2026-cı il tarixlərində Birbank Biznes tətbiqində krediti başdan-başa onlayn rəsmiləşdirən müştərilər 5%-dək endirim əldə edəcəklər.
Kreditin rəsmiləşdirilməsi tam onlayn həyata keçirilir. Zaminə, girova, biznesə baxışa və əlavə sənədlərin təqdim edilməsinə ehtiyac yoxdur. Bu isə sahibkarlara vaxt itirmədən maliyyə vəsaitinə çıxış imkanı yaradır.
Mikro biznes krediti sahibkarlıq və peşə fəaliyyəti ilə məşğul olan, VÖEN-ə malik fiziki şəxslər üçün nəzərdə tutulub. Ticarət, istehsal, xidmət, gözəllik sahəsi, kənd təsərrüfatı və digər istiqamətlərdə fəaliyyət göstərən sahibkarlar 500 manatdan 50 000 manatadək məbləğdə krediti Birbank Biznes tətbiqində tam rəqəmsal şəkildə əldə edə bilərlər.
Birbank Biznes-in təqdim etdiyi rəqəmsal həll sayəsində kredit müraciəti qısa müddətdə qiymətləndirilir və seçilmiş müştərilər vəsaiti təxminən bir neçə dəqiqə ərzində əldə edə bilirlər. Bununla da sahibkarlar bizneslərini inkişaf etdirmək üçün lazım olan maliyyəyə daha operativ və rahat şəkildə çıxış əldə edirlər.
Kampaniya haqqında ətraflı məlumat: www.b-b.az/5vac
Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















