"Atəşgah Sığorta Qrupu"nun yarımillik vəziyyəti məlum olub
"Atəşgah Sığorta" ASC bu ilin 1-ci yarısını 994 min manat zərərlə başa vurub. Halbuki, şirkət ötən ilin eyni dövründən 1 milyon 528 min manat xalis mənfəətlə çıxmışdı.
Şirkətin maliyyə hesabatına görə, yanvar-iyun aylarında "Atəşgah Sığorta"nın gəlirləri 35 milyon 663 min manat (1 il əvvələ nisbətən 0,35 % çox), xərcləri isə 36 milyon 657 min manat (9 % çox) təşkil edib.
Bu ilin iyulun 1-nə "Atəşgah Sığorta"nın aktivləri 64 milyon 295 min manat olub ki, bu da illik müqayisədə 0,2 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 2,5 % artaraq 53 milyon 167 min manata çatıb, balans kapitalı isə 8,1 % azalaraq 16 milyon 128 min manata düşüb.
Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon 9 min manat təşkil edir. Şirkətin səhmlərinin 63 %-i "ISR Holding" MMC-yə, 27 %-i "Ran-Exim" MMC-yə, 10 %-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.
XXX
“Atəşgah Həyat Sığorta”dan güclü nəticə
"Atəşgah Həyat Sığorta" ASC bu ilin I1-ci rübünü 8 milyon 645 min manat xalis mənfəətlə başa vurub.
Şirkətin maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 % çoxdur.
Yanvar-mart aylarında "Atəşgah Həyat Sığorta"nın gəlirləri 73 milyon 154 min manat (1 il əvvələ nisbətən 54 % çox), xərcləri 62 milyon 348 min manat (59,7 % çox), mənfəət vergisi ödəmələri isə 2 milyon 161 min manat (27,6 % çox) təşkil edib.
Bu il aprelin 1-nə "Atəşgah Həyat Sığorta"nın aktivləri 145 milyon 106 min manat olub ki, bu da illik müqayisədə 3,8 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3,8 % artaraq 124 milyon 533 min manata, balans kapitalı isə 3,9 % artaraq 20 milyon 573 min manata çatıb.
Xatırladaq ki, "Atəşgah Həyat Sığorta" şirkəti 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6 milyon 500 min manat təşkil edır. Şirkətin səhmləri 100 % "Ran-Exim" MMC-yə ("Atəşgah Sığorta" ASC-nin 27 %-lik səhmdarı) məxsusdur.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
23 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
32 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama



























