İsrailin Azərbaycandakı səfiri Prime Cotton-u ziyarət edib
İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz Prime Cotton-un Mingəçevirdə yerləşən baş ofisini və istehsalat sahəsini ziyarət edib.
Səfər çərçivəsində Prime Cotton-un Baş icraçı direktoru Tural Əlizadə şirkətin fəaliyyəti, istehsal infrastrukturu və pambıqdan tekstilə uzanan dəyər zənciri barədə məlumat verib. Şirkətin torpaq və su resurslarının səmərəli idarə olunması, müasir suvarma sistemləri, karbon emissiyalarının azaldılması, dayanıqlılıq və izlənəbilərlik, R&D və innovativ həllərin tətbiqi istiqamətində həyata keçirdiyi layihələr təqdim olunub. Həmçinin Prime Cotton-un beynəlxalq üzvlük və sertifikatları, orqanik pambıq istehsalı və dövri iqtisadiyyat prinsipləri üzrə fəaliyyəti barədə məlumat verilib.
Görüşdə aqronomiya və kənd təsərrüfatının müasir idarəetmə modelləri üzrə bilik və təcrübə mübadiləsi, yerli mütəxəssislərin inkişafı, pambıq əsaslı sənaye sahələrində qabaqcıl təcrübənin öyrənilməsi, eləcə də tekstil ixracının genişləndirilməsi imkanları müzakirə edilib. Tərəflər QİZ (Qualified Industrial Zone) kimi beynəlxalq əməkdaşlıq modellərinin öyrənilməsi, İsrail–Azərbaycan Ticarət Palatası və İsrail şirkətləri ilə potensial əməkdaşlıq perspektivləri ətrafında da fikir mübadiləsi aparıblar.
Səfər zamanı cənab səfir illik istehsal gücü 20 min tondan artıq olan Mingəçevir Tekstil Parkının fəaliyyəti ilə də tanış olub. Müasir avadanlıqlarla təchiz edilmiş müəssisənin istehsal prosesi, laboratoriya imkanları və keyfiyyət standartları barədə məlumat təqdim edilib.
Görüş innovasiya, dayanıqlı kənd təsərrüfatı və qarşılıqlı maraq doğuran sahələrdə gələcək əməkdaşlıq imkanlarının dəyərləndirilməsi baxımından məhsuldar fikir mübadiləsi ilə yadda qalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
20 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
29 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























