"Meqa Sığorta" qrupu 2026-cı ilin 1-ci yarısını xalis mənfəətlə başa vurub
"Meqa Sığorta" ASC bu ilin I yarısını 459 min manat xalis mənfəətlə başa vurub.
Şirkətin maliyyə hesabatınlarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63,75 % azdır.
Yanvar-iyun aylarında "Meqa Sığorta"nın gəlirləri 17 milyon 13 min manat (1 il əvvələ nisbətən 5,75 % çox), xərcləri 16 milyon 440 min manat (13,3 % çox), mənfəət vergisi ödəmələri isə 115 min manat (50,2 % az) təşkil edib.
Bu il iyulun 1-nə "Meqa Sığorta"nın aktivləri 58 milyon 417 min manat olub ki, bu da illik müqayisədə 1,7 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 4,9 % artaraq 28 milyon 417 min manata, balans kapitalı isə 1,1 % azalaraq 30 milyon manata düşüb.
Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19 %-i Rauf Əliyevə ("Rabitəbank" ASC-nin 38,6 %-lik səhmdarı), 19 %-i Nəzakət İsmayılovaya, 19 %-i Zaur Quliyevə, 14 %-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10 %-i Zeynal Əliyevə, 10 %-i Faiq Şahəliyevə, 9 %-i isə Yaşar Əliyevə məxsusdur.
XXX
"Meqa Həyat Sığorta" ASC bu ilin I yarısını 2 milyon 47 min manat xalis mənfəətlə başa vurub.
Şirkətin maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,9 % çoxdur.
Yanvar-iyun aylarında "Meqa Həyat Sığorta"nın gəlirləri 9 milyon 812 min manat (əvvəlki ilə nisbətən 15,55 % çox), xərcləri 7 milyon 253 min manat (12 % çox), mənfəət vergisi ödəmələri isə 512 min manat (27,05 % çox) təşkil edib.
Bu il iyulun 1-nə "Meqa Həyat Sığorta"nın aktivləri 44 milyon 466 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,1 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 9,1 % azalaraq 26 milyon 530 min manata düşüb, balans kapitalı isə 17,1 % artaraq 17 milyon 936 min manata çatıb.
Xatırladaq ki, "Meqa Həyat Sığorta" 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 11 milyon manatdır. Şirkətin səhmdarı 100 % "Meqa Sığorta"dır.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
24 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
33 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama


























