Şahdəniz konsorsiumu iri müqavilə imzalayıb - İş Emerson şirkətinə verildi
Şahdəniz konsorsiumu Şahdəniz Kompressiya (ŞDK) layihəsi çərçivəsində avtomatlaşdırılmış əməliyyatlar üçün lazım olan sistemlərin təminatı üzrə iri müqavilə imzalandığını məmnuniyyətlə elan edir. Müqavilə Emerson şirkətinə verilmişdir.
Bu barədə Marja.az-a bp-Azərbaaycandan bildirilib.
Qeyd edilib ki, yeni müqavilə ŞDK platformasının məsafədən idarə olunması üçün inteqrasiya olunmuş idarəetmə və təhlükəsizlik sistemlərinin, o cümlədən texnoloji proseslərə nəzarət, təhlükəsizlik məqsədilə dayandırma, yanğın və qazın aşkarlanması və enerji idarəetmə sistemlərinin təminatını əhatə edir.
Birlikdə bu sistemlər platformadakı vacib əməliyyatların real vaxt rejimində izlənməsinə və məsafədən idarə olunmasına imkan verəcək ki, bu da əməliyyat xərclərinin azaldılması və uzun müddətli iş icrasının təmin olunması ilə bərabər təhlükəsizliyin, etibarlılığın və əməliyyat səmərəliliyinin artırılmasına kömək edəcək.
Bu müqavilənin imzalanması ŞDK layihəsinin həyata keçirilməsini dəstəkləyən mühüm bir addımdır. Avtomatlaşdırma və idarəetmə sistemləri heyətsiz qurğu kimi nəzərdə tutulan ŞDK platformasının vacib komponentlərindən biri olacaq və platformanın bütün istismar müddəti ərzində onun təhlükəsiz və səmərəli fəaliyyətini dəstəkləyəcək. Bu mühüm müqavilənin verilməsi layihə üzrə işlərin sürətlə irəlilədiyi bir vaxta düşür. Belə ki, bu işlərin ümumilikdə təxminən 30%-i artıq tamamlanıb və hazırda təqribən 2700 nəfər layihəyə cəlb olunub. Layihə çərçivəsində müxtəlif istiqamətlər üzrə mühəndislik və istehsal işləri plana uyğun irəliləyir və bu işlərdə Azərbaycanın yerli resurslarından, təcrübə və sənaye imkanlarından geniş şəkildə istifadə edilir.
bp-nin layihələr üzrə baş meneceri İlqar Məmmədov:
"ŞDK layihəsi Şahdəniz yatağından qazvermənin maksimuma çatdırılmasında mühüm rol oynacaq və əlavə qaz ehtiyatlarını əlçatan etməklə hasilatın uzunmüddətli davamlılığını təmin edilməsinə töhfə verəcək".
Qeyd edək ki, nəhəng Şahdəniz qaz yatağının işlənməsinin növbəti mərhələsi olan 2,9 milyard ABŞ dollarlıq ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır.
Layihənin Şahdəniz yatağından təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.
Layihə çərçivəsində yeni kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Platforma suyun 85 metr dərinliyində, mövcud Şahdəniz Bravo (ŞDB) platformasından təxminən 3 kilometr məsafədə quraşdırılacaq.
Üzərində dörd ədəd 11 meqavatlıq compressor quraşdırılacaq ŞDK platforması həm Şahdəniz Alfa (ŞDA), həm də ŞDB platformalarından hasil edilən qazın kompressiyası üçün ana qurğu kimi xidmət göstərəcək. Bu o deməkdir ki, hər iki platformadan hasil edilən ixrac qazı qurudakı Səngəçal terminalına göndərilməzdən əvvəl ŞDK-də kompressiya olunacaq.
Layihə həmçinin Şahdəniz müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, ŞDA, ŞDB və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.
Layihə üzrə tikinti işləri hazırda davam edir. Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
26 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
35 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

























