“Azeronline”dan növbəti ilk: müqavilələr artıq “SİMA İmza” ilə rəqəmsal imzalanır
“Azeronline LTD” Birgə Müəssisəsi (BM) internet provayderləri arasında ilk olaraq abunəçi müqavilələrinin “SİMA İmza” vasitəsilə rəqəmsal imzalanmasını təmin edən xidməti istifadəyə verib.
Tətbiq edilən innovativ həll sayəsində xidmətə qoşulma prosesi tam elektron formata keçirilib, kağız sənəd dövriyyəsinə olan ehtiyac əhəmiyyətli dərəcədə azaldılıb.
Yeni sistem çərçivəsində abunəçilər müqavilələri “SİMA İmza” tətbiqi vasitəsilə məsafədən və təhlükəsiz şəkildə imzalaya bilirlər. Sənəd, eyni zamanda şirkət tərəfindən də “SİMA Token” vasitəsilə rəqəmsal qaydada təsdiqlənir. Bununla da müqavilənin imzalanması prosesi tam elektron formada cəmi bir neçə dəqiqə ərzində tamamlanır.
Müqavilələrin rəqəmsallaşdırılması xidmətə qoşulma müddətini əhəmiyyətli dərəcədə qısaldır, əməliyyatların çevikliyini və səmərəliliyini artırır. Eyni zamanda sənədlərin arxivləşdirilməsi və idarə olunmasını optimallaşdıraraq həm abunəçilər, həm də şirkət üçün daha rahat və ekoloji baxımdan dayanıqlı xidmət mühiti yaradır.
Bu yenilik “Azeronline LTD” BM-in rəqəmsal transformasiya strategiyası çərçivəsində həyata keçirdiyi innovativ layihələrin növbəti mərhələsidir. Şirkət bundan əvvəl də internet provayderləri arasında ilk olaraq “mygov ID” (digital.login) identifikasiya sistemini xidmət proseslərinə inteqrasiya etmişdi. “SİMA İmza” vasitəsilə rəqəmsal imzalama həllinin tətbiqi ilə xidmətə qoşulma prosesi – şəxsiyyətin təsdiqlənməsindən müqavilənin imzalanmasına qədər – tam şəkildə rəqəmsal mühitdə icra olunur.
Müasir rəqəmsal texnologiyaların tətbiqini prioritet hesab edən “Azeronline LTD” BM bundan sonra da xidmətlərini innovativ, təhlükəsiz və əlçatan həllərlə təkmilləşdirərək abunəçilərinə daha üstün xidmət təcrübəsi təqdim etməyə davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
3 d. əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
13 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 56 d. əvvəl
-
1 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm





























