Azərbaycanda qonaq evlərinə dövlət dəstəyi göstərilməsi planlaşdırılır
Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə, o cümlədən qonaq evlərinə dövlət dəstəyi göstərilməsi planlaşdırılır.
Bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.
Məlumata görə, bu məsələ "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın layihəsində öz əksini tapıb. Agentliyin hazırladığı layihədə turizm sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə dəstək tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.
"Dövlət Proqramının layihəsi hazırda aidiyyəti üzrə son razılaşma mərhələsindədir. Proqram təsdiq edildikdən sonra nəzərdə tutulan dəstək mexanizmləri barədə daha ətraflı məlumat veriləcək", – deyə qurumdan bildirilib.
Hazırda isə kənd qonaq evlərinin dəstəklənməsi istiqamətində müxtəlif mexanizmlər tətbiq olunur. Bunlardan biri "Turistik kənd" layihəsidir. Layihə ölkə Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planından irəli gələn tapşırıqlar əsasında, Dövlət Turizm Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşlığı çərçivəsində icra olunur. Əsas istiqamətlərdən biri kənd qonaq evlərinin müvafiq avadanlıqlarla təmin edilməsidir. Bununla yanaşı, yerli əhalinin turizm fəaliyyətinə cəlb edilməsi və özünüməşğulluq imkanlarının genişləndirilməsi hədəflənir.
Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində özünüməşğulluq proqramının "Aqroturizm" zərfi üzrə indiyə qədər 12 kənd qonaq evi müvafiq avadanlıqlarla təchiz edilib. Onlardan 2-si Qusar rayonunun Laza, 3-ü Qaxın Sarıbaş, 6-sı İlisu, 1-i isə Qəbələnin Duruca kəndində yerləşir.
Agentlikdən qeyd edilib ki, bu dəstək kəndlərdə mövcud turizm potensialından daha səmərəli istifadəyə, qonaq evlərinin xidmət imkanlarının və keyfiyyətinin yüksəldilməsinə şərait yaradır. Eyni zamanda, layihə yerli əhalinin gəlir imkanlarının genişləndirilməsinə, kənd təsərrüfatı ilə turizm fəaliyyətlərinin əlaqəli inkişafına, regionlarda sahibkarlıq və özünüməşğulluğun artırılmasına töhfə verir.
Ötən gün Azərbaycanda qonaq evlərinin dövlət tərəfindən dəstəklənməsi imkanları ilə bağlı araşdırma dərc edilib. Araşdırmada ekspert və deputatlar qonaq evlərinə birbaşa subsidiyaların verilməsi, güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi, vergi güzəştlərinin tətbiqi, tanıtım dəstəyinin artırılması və xidmət standartlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndiriblər.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















