"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Açılışla 50 yeni iş yeri yaradılıb. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri, Milli Məclisin deputatları və beynəlxalq təşkilat nümayəndələri iştirak edib.
Türkiyənin aparıcı dəb pərakəndə satış brendlərindən biri olan "Fullamoda" bu gün Bakıda, Həzi Aslanov metrostansiyasının çıxışında yerləşən yeni filialının rəsmi açılışını keçirib.
Ümumi sahəsi 4000 kvadratmetrdən artıq olan mağaza brendin Azərbaycanda indiyədək ən böyük filialıdır.
Rəsmi açılış mərasimində Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Birol Akgün, Milli Məclisin deputatları Vüqar İsgəndərov və Razi Nurullayev, Xətai rayon İcra Hakimiyyətinin rəsmisi, həmçinin UID Azərbaycanın (Uluslararası Demokratlar Birliyi) sədr müavini Ramazan Karaşahin çıxış ediblər. Tədbirdə biznes və media nümayəndələri də iştirak edib.
"Fullamoda"nın rəhbəri Fərhad Çeğil açılış mərasimində şirkətin genişlənmə strategiyası və gələcək planları barədə qonaqlara məlumat verərək bildirib ki, yeni filialın açılışı ilə 50 yeni iş yeri yaradılıb və ölkəyə böyük həcmdə investisiya qoyulub.
Qeyd edək ki, yeni filial "Fullamoda"nın inkişaf strategiyasında mühüm mərhələni təşkil edir. Əvvəlki filialdan fərqli olaraq, Həzi Aslanov mağazası ilk dəfə olaraq təkcə qadın geyimləri ilə deyil, kişi və uşaq kolleksiyaları ilə də müştərilərə xidmət göstərəcək. Bununla brend ailənin bütün üzvləri üçün vahid alış-veriş ünvanına çevrilir.
Tədbir ənənəvi lent kəsimi mərasimi ilə başa çatıb və mağaza müştərilərin ixtiyarına verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
23 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
32 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

























