Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 2,2 faiz artıb.
ÜDM istehsalının 34,5 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,0 faizi tikinti, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə sahələrinin, 21,9 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 faizini təşkil edib.
Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər real ifadədə 10,4 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 7,1 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,8 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 3,5 faiz, digər xidmət sahələrində 1,2 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,8 faiz, sənayedə 0,5 faiz artıb, tikintidə isə 9,4 faiz azalıb.
SƏNAYE İSTEHSALI
Sənaye sektorunda 2026-cı ilin yanvar-iyul aylarında 38,9 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz çox sənaye məhsulu istehsal edilib.
Emal sənayesində 2026-cı ilin yanvar-iyul aylarında 12.943,8 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,7 faiz çox məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Emal sənayesində 2026-cı ilin yanvar-iyul aylarında daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (+88,4%), əczaçılıq məhsullarının istehsalı (+53,9%), toxuculuq sənayesi (+35,9%), tütün məmulatlarının istehsalı (+18,4%), kağız və karton istehsalı (+12,5%), qida məhsullarının istehsalı (+9,6%), metallurgiya sənayesi (+9,5%), maşın və avadanlıqların quraşdırılması və təmiri işləri (+8,5%), dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı (+8,3%), elektrik avadanlıqlarının istehsalı (+7,6%), tikinti materiallarının istehsalı (+7,3%) sahələrində olub.
2026-cı ilin yanvar-iyul aylarında kənd təsərrüfatı məhsulu istehsalı 2,8 faiz artıb.
2026-cı ilin yanvar-iyul aylarında ölkədə faktiki qiymətlərlə 8 797,2 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. İstehsalın fiziki həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artıb. Heyvandarlıq məhsullarının istehsalı 2,4 faiz, bitkiçilik məhsullarının istehsalı isə 3,2 faiz çoxalıb. Məhsulun 50,6 faizi bitkiçiliyin, 49,4 faizi heyvandarlığın payına düşür.
Real artım sürətlənib. Yanvar-iyun dövründəki 2,2 faizlik göstərici iyul ayının sonuna 2,8 faizə yüksəlib və bunu bitkiçilik təmin edib: bu sahədə artım 1,8 faizdən 3,2 faizə çatıb, heyvandarlıqda isə artım tempi 2,5 faizdən 2,4 faizə düşüb. Əsas natural göstəricilər aşağıdakı qrafikdə və cədvəldə ayrıca verilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 23 saat sonra
-
-
22 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 34 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
1 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
1 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
1 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır
























